Tovuzda xəstəxanada dördgünlük körpənin ölməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Tovuz Rayon Mərkəzi Xəstəxanasında təbii üsulla dünyaya gələn dördgünlük körpənin ölməsi faktı ilə bağlı açıqlama verib.
TƏBİB-dən cavab olaraq bildirilib ki, Ağstafa rayon sakini 23 yaşlı, 36 həftəlik hamilə Qasımova Pərvanə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə vaxtından əvvəl doğuş diaqnozu ilə daxil olub:
“Qız cinsli, çəkisi 2500 qram və boyu 48 santimetr olan uşaq Apqar şkalası üzrə 6/7 bal ilə qiymətləndirilib. Pediatrlarla konsilium təşkil olunub, zəruri tibbi müayinə və müalicə təyin olunub, yenidoğulmuş süni tənəffüs cihazına qoşulub. Diaqnozu anadangəlmə soltərəfli bronxopnevmoniya olan uşaq 4-cü sutkasında aparılan reanimasiya tədbirlərinə baxmayaraq, vəfat edib. Meyit təşrihə verilib”.
Paylaş:
Müəllif : Yazar
Tarix:14-08-2023, 13:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB

Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:- Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -TƏFƏRRÜAT