reklam
Regionxeberlericom.az » Siyasət » BMT fiaskosu Ermənistanı NECƏ SARSIDACAQ... - Görünəni odur ki...

reklam

BMT fiaskosu Ermənistanı NECƏ SARSIDACAQ... - Görünəni odur ki...


BMT Təhlükəsizlik Şurasındakı müzakirələr Ermənistan diplomatiyasının tam iflası oldu. Ermənistanın, erməni diasporu və lobbisinin, ermənipərəst dairələrin səyləri nəticəsiz qaldı - toplaşdılar, söhbətləşdilər, dağılışdılar.

Beləliklə, Ermənistan üçün bir fiasko, xarici işlər naziri Ararat Mirzoyanın və Ermənistan diplomatiyasının məğlubiyyəti yaşandı. O, Nyu-Yorkdan qayıtmasa yaxşıdır...

Bu, Fransa və Ermənistanın artıq ikinci iflasıdır - ötən ilin dekabrında da məsələnin BMT TŞ-də qaldırılması cəhdi olmuşdu. Beləcə hər iki halda nəticəsiz qaldı.

Avqustun 16-da gecə saatlarında gedən müzakirələrdən ermənilərin böyük gözləntiləri var idi ki, puç oldu. Onlar ümid edirdilər ki, qətnamə qəbul ediləcək, hər hansı bəyanat olacaq. Lakin iclasın yekununda heç bir sənəd yayılmadı, İrəvanın xeyrinə ümumi mövqe olmadı. Əksinə, Fransa, Malta, Mozambik kimi ölkələr istisna, BMT-dəki daimi və qeyri-daimi üzv dövlətlərin birgə rəyi, çağırışı belə oldu ki, Azərbaycanın addımları legitimdir, təklif edilən alternativ marşrutdan da istifadə edilməlidir, kəsəsi, Bakı ilə danışaraq anlaşın!

Yəni hamı Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə etdi və Ağdam yolunun açılmasını vacib saydı, Azərbaycanın yerində vəziyyətə nəzarət etməsi faktını - reallıqları qəbul etdilər.

Bir daha təsdiq olundu ki, belə müzakirələrə heç ehtiyac yox idi, məsələ BMT və digər platformalarda deyil, yerində həll olunmalıdır. Bundan sonra Ermənistan necə sülhdan danışacaq bilinmir. Qarabağ ermənilərisə anlamalıdırlar ki, başqa yol yoxdur - Azərbaycanın şərtləri əsasında danışıqlara getməlidirlər.

Bu, sözsüz ki, Azərbaycanın diplomatiyadakı gücünü də göstərdi. Biz masada da, hərb meydanında da qalibik. Dünya şahid oldu ki, beynəlxalq hüquq, haqq-ədalət Azərbaycanın tərəfindədir. Bundan sonra ermənilər yalnız təxribatlara əl ata bilər ki, artıq heç bir mənası da qalmır, “Dəmir yumruq” hazır dayanıb. İndi başlarını aşağı salıb “quzu balası” kimi Laçın postundan dinc şəkildə keçməyə davam etməli, habelə, Ağdam-Xankəndi yolundan istifadə etməklə öz yüklərini Qarabağ ermənilərinə çatdırmaq təklifi ilə barışmalıdırlar.

Bununla belə, avqustun 17-də Ermənistanın baş naziri Nikol Paşinyan yenə “soyqırım”, “blokada” ifadələrini işlətdi. BMT-dəki iflas da ona dərs olmadı. Paşinyan bildirib ki, ən yüksək beynəlxalq instansiya "Laçın dəhlizi"nin açılması ilə bağlı Azərbaycana ümumi müraciət səsləndirib, guya BMT Təhlükəsizlik Şurasının iclasında əsas nailiyyət "Laçın dəhlizi"nin blokadası faktının beynəlxalq ictimaiyyət tərəfindən təsbit edilməsi olub.

“Eyni zamanda BMT Təhlükəsizlik Şurası Azərbaycanın Beynəlxalq Məhkəmənin qərarlarına əməl etməməsini də qeydə alıb. Beynəlxalq ictimaiyyət Azərbaycana dəhlizin açılması üçün kollektiv çağırış səsləndirib. Dağlıq Qarabağda vəziyyət hər gün pisləşir. Dağlıq Qarabağda kənd təsərrüfatı işləri ilə məşğul olan sakinlər vaxtaşırı Azərbaycan Silahlı Qüvvələrinin atəşinə məruz qalırlar. Bakı bir tərəfdən 100 ton unun Dağlıq Qarabağa gətirilməsinə imkan vermir, digər tərəfdən taxılını biçən sakinləri güllələyir”, - deyə Paşinyan yenə çərənləyib.

Yaşar Əliyev: “Toylarda rəqs edirlər, budur çox dadlı tort...”

“Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası üçün istifadə etmək cəhdi uğursuzluğa düçar oldu. Ermənistanın sözügedən ali orqanı bu cür manipulyasiya və istismar etmək səyləri postmünaqişə dövründə normallaşma gündəliyinin irəli aparılması baxımından qeyri-məhsuldar olmaqla yanaşı, son dərəcə destruktivdir”.

Avqustun 17-də Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda belə vurğulanıb. Bəyanatda deyilir ki, BMT Təhlükəsizlik Şurasının üzvü olan bir neçə dövlətin, eləcə də Türkiyənin Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərin ehtiyaclarını ödəmək üçün məhsulların çatdırılması ilə əlaqədar xüsusilə Ağdam-Xankəndi yolu olmaqla, Azərbaycan tərəfindən təklif olunan bütün marşrutların fəaliyyət göstərməsi ilə bağlı səmimi dialoq və vicdanlı qarşılıqlı fəaliyyətin zəruriliyi barədə verilən bəyanatları yüksək qiymətləndiririk.

Qeyd edək ki, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev iclasda çıxış edərək Ermənistanın davamlı dezinformasiyasından, beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniyadan danışıb, Azərbaycan dövlətinin bu məsələ ilə bağlı mövqeyi barədə məlumat verib.

Onun sözlərinə görə, məhz Ermənistan 30 ilə yaxın dövrdə işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını birmənalı şəkildə tələb edən 1993-cü ilin müvafiq dörd qətnaməsinə və Təhlükəsizlik Şurasının sədrinin bir sıra bəyanatlarına açıq-aşkar məhəl qoymayıb.

Sitat: “Mənim BMT-nin Ali Məclisinə təqdim etmək istədiyim başqa bir məsələ də var. Sosial şəbəkələr yerli ermənilərin müxtəlif yubileyləri, toyları, ad günlərini və digər xoş hadisələri qeyd edən müxtəlif videolarla doludur”.

Y.Əliyev deyib ki, bu videolar onların orada aclıq çəkmələri və humanitar böhrandan əziyyət çəkmələri barədə deyilənləri qəti şəkildə təkzib edir: “Mən ərazimizdəki etnik erməniləri nəzərdə tuturam. Gördüyünüz kimi, insanlar xoşbəxtdirlər, toylarda rəqs edirlər, ad günlərini qeyd edirlər. Budur çox dadlı tort və sair. Bu məlumatı mənim sağımda oturan həmkarımla bölüşməkdən məmnunam”, - deyə qeyd edib.

İclasda daimi və qeyri-daimi üzv dövlətlərin ayrı-ayrı mövqeyinə gəlincə, ABŞ, Rusiya, Çin, Türkiyə, Albaniya və digər ölkələr bizim mövqeyimizi dəstəkləyən bəyanatlarla yadda qaldılar. Britaniya ümumi narahatlığını ifadə etdi, təkcə Fransa özünü erməni kimi apardı.

“İlk növbədə, Azərbaycanın qanuni maraqlarını nəzərə almaq lazımdır. Həmçinin Azərbaycanın suverenlik hüququna hörmət etmək lazımdır. Azərbaycan artıq "Laçın dəhlizi", Laçın yolunun sui-istifadəsindən, o cümlədən qanunsuz silahlı birləşmələrin, silah-sursatın, piyadaəleyhinə minaların daşınmasından narahatlığını bildirib. Lakin Azərbaycanın bu narahatlıqlar nəzərə alınmayıb”.

Bunu Türkiyənin BMT-dəki daimi nümayəndəsi Sədat Önal qurumun Təhlükəsizlik Şurasının iclasında deyib.

“İyulun 25-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar zamanı biz gərginliyin azaldılması üçün real kompromis həll yollarını təklif etdik və bu, tərəflər tərəfindən nəzərə alındı”.

Bunu isə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.

Onun sözlərinə görə, sırf humanitar məsələləri siyasiləşdirməkdən çəkinmək üçün tərəflərin qarşılıqlı öhdəlikləri də tələb olunur. “Biz humanitar vəziyyəti çətinləşdirən Laçın dəhlizinin bağlanmasından narahatıq. Həyati vacib məhsullar, dərmanlar, uşaq qidalarına əlçatanlıq təmin olunmalıdır. Azərbaycanı dəhliz boyu sərbəst hərəkəti təmin etməyə çağırırıq”.

ABŞ-ın BMT yanında Daimi Nümayəndəsi Linda Tomas deyib. O qeyd edib ki, tərəflər sülh danışıqlarını davam etdirməlidirlər.

Politoloq: “İki hədəf var - separatçı dəstələri və sülhməramlılar çıxarmaq...”

Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, BMT Təhlükəsizlik Şurası bizi iki hədəfimizdən yayındırmamalıdır: “İki ildən sonra Rusiya hərbi kontingentinin Qarabağı tərk etməsinə nail olmalıyıq; Qarabağ separatçılarını tərk-silah etməliyik...”

Onun dediyinə görə, Ermənistan, Qarabağ separatçıları, erməni lobbisi və onlara dəstək verən mərkəzlər Laçın yolu mövzusunu beynəlləşdirməyə çalışırlar: “BMT Təhlükəsizlik Şurasında təşkil edilən müzakirələrin qayəsini bu təşkil edirdi. BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə sənəd qəbul edilmədi. Bu mümkün də deyildi. Çünki qətnamənin qəbulu üçün Təhlükəsizlik Şurasının daimi üzvlərinin yekdil qərar verməsi lazım idi. Bu isə indiki şəraitdə mümkün deyil.

Təhlükəsizlik Şurasının daimi üzvləri olan Rusiya və Çin hər zaman digər 3 üzv - ABŞ, Fransa və Böyük Britaniyanın təkliflərinin əleyhinə səs verirlər. Rusiya-Ukrayna müharibəsi fonunda ikiyə ayrılan qütbün münasibətləri daha da gərginləşib. Ona görə də daimi üzvlərdən birinin - Fransanın Ermənistanın və Qarabağ separatçılarının xeyrinə qəbul etmək istədiyi sənədə Rusiya dəstək verməyəcək, veto hüququndan istifadə edəcəkdi. Bunun digər səbəbi Moskvanın ABŞ və Avropa İttifaqının Cənubi Qafqazda fəallığından keçirdiyi narahatlıqdır..."

“Yeni Müsavat”





Paylaş:


Müəllif : Tarix:
18-08-2023, 08:42
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər