reklam
Regionxeberlericom.az » Siyasət » İsveçdə rəsmi səviyyədə TƏXRİBAT... - BUNUN BAŞQA ADI YOXDUR...

reklam

İsveçdə rəsmi səviyyədə TƏXRİBAT... - BUNUN BAŞQA ADI YOXDUR...


Dünən İsveçin paytaxtı Stokholmda Quranı Kərimin növbəti dəfə yandırılması “mərasimi” olub.

İsveçdə yaşayan iraqlı qaçqın Salvan Momika ( bu dəfə iraqlı diğər qaçqın dostu ilə birgə ) son iki ayda üçüncü dəfə yandırdığı Qurani-Kərimə qarşı növbəti dəfə təhqiramiz hərəkətlər də edib.

Yoldan keçən bir isveçli qadın yanğınsöndürənlə kitabın yandırılmasına müdaxilə etməyə çalışsa da, isveç polisi tərəfindən saxlanılıb.

Hüquq-mühafizə orqanları onun Quranın yandırılmasının qarşısını almaq cəhdinin qarşısını alıb və qadın həbs edilib.

Salvan Momika və diğər iraklı qaçqın zirehli polis maşınına minərək hadisə yerindən qaçıblar.

Onların mühafizəsini İsveç polisi 100-ə yaxın polis əməkdaşı , 10-u zirehli olmaqla 20 polis maşını təmin edib.

Qurani Kərimi yandırmağı İsveç höküməti özü təşkil edir , çünki yandıranı mühafizə edir, söndürmək istiyəni həbs edir…


Yeganə Hacıyeva - DİA.AZ




Paylaş:


Müəllif : Tarix:
19-08-2023, 08:48
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər