reklam
Regionxeberlericom.az » Siyasət » TDT-nin növbəti sammitinin vaxtı məlum oldu

reklam

TDT-nin növbəti sammitinin vaxtı məlum oldu

















Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısının vaxtı məlum olub.

Bu barədə TDT-nin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, təşkilatın 10-cu sammiti bu il noyabrın 3-də Qazaxıstanın Türküstan şəhərində keçiriləcək.

Bundan əlavə, noyabrın 2-də Türküstanda TDT-yə üzv ölkələrin xarici işlər nazirlərinin görüşü baş tutacaq.

Həmçinin, sentyabrın 6-dan 8-dək Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təbii fəlakətlərin və fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə nazirlərinin ikinci iclası keçiriləcək.

Noyabrın 7-dən 10-dək isə yenə paytaxtıımzda TDT ölkələrinin gənclər və idman nazirlərinin görüşü olacaq.

Xatırladaq ki, 2022-ci ildə TDT sammiti Səmərqənddə keçirilmişdi.




Paylaş:


Müəllif : Tarix:
21-08-2023, 16:00
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər