reklam
Regionxeberlericom.az » Siyasət » “Sülhməramlı”ların müxtəlif yerlərdə əlavə bazalar tikməsi haqda da məlumatlar var...” - ZİBİLƏ DÜŞMÜŞÜK...

reklam

“Sülhməramlı”ların müxtəlif yerlərdə əlavə bazalar tikməsi haqda da məlumatlar var...” - ZİBİLƏ DÜŞMÜŞÜK...

“2020-ci ilin payızınıdakı 44 günlük müharibədən sonra məlum 10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişə əsasən Azərbaycan ərazisinin bir hissəsinə müvəqqəti olaraq yerləşdirilmiş Rusiya “sülhməramlı”larının sayı elə ilk günlərdən qeyd olunan saydan artıq idi. Müəyyən texniki vasitələrin gətirilməsi də razılaşdırılmamışdı. O cümlədən “sülhməramlı” kontingentin öz funksiyalarından kənar bir çox fəaliyyətləri də müşahidə olunub. Bunlar barədə Azərbaycanın rəsmi qurumları tərəfindən dəfələrlə həmin kontingent komandanlığına və Rusiya Müdafiə Nazirliyinə müraciətlər edilib”.

Araşdırmaçı jurnalist, Ordu.az saytının baş redaktoru Şahin Qocayev bu fikirləri Moderator.az əməkdaşının “Rusiyanın Azərbaycan Respublikası ərazisinin bir hissəsinə müvəqqəti(!) nəzarət edən “sülhməramlı” hərbi kontingentində 2020-ci ilin 10 noyabrından bəri say, texnika və silahlanma baxımından baş vermiş dəyişikliklər haqda məlumatınız varmı?” sualını cavablandırarkən ifadə edib.

“Deyilənlərə şəxsi heyət və texnika sayının artırılması, həmçinin qanunsuz erməni birləşmələrinin silahlandırılması kimi fəaliyyətlər də daxildir. Yəni bu kimi məsələləri nəzərdən keçirsək, Rusiya “sülhməramlı”ları tərəfindən hansısa qanunsuz şəkildə şəxsi heyət və silah, texnika sayının artırılmamasını düşünmək yanlış olardı. Mümkündür ki, müxtəlif mərhələlərdə Ukrayna müharibəsi səbəbindən sözügedən say məcburən azaldılıb və daha sonra çoxaldılıb. “Sülhməramlı”ların Qarabağın dağlıq hissəsinin müxtəlif istiqamətlərində əlavə bazalar tikməsi barədə məlumatlar da mövcuddur. Və bunlar açıq şəkildə müşahidə olunur. Lakin bu kimi məsələlər, sözün açığı, müvəqqəti xarakter daşıyır. Ona görə ki, Azərbaycan Rusiya “sülhməramlı”larının Dnestryanıda və ya digər regionlarda olduğu kimi, bizim bölgədə də daimi qalacağı düşüncəsində deyil. Yaxşı olardı ki, ərazimizdəki Rusiya komandanlığı da bunu dərk etsin və müxtəlif resursları boşuna xərcləməkdən çəkinsin. Özləri yaxşı bilirlər ki, həmin resurslar onlara Qafqazdan daha çox digər regionlardakı savaşlarında lazımdır. Kremldə əyləşənlər belə amilləri nəzərə alsalar, Ukrayna müharibəsində havaya sovrulan pulları da düşünməlidirlər. Çünki belə xərclər Rusiya vətəndaşlarının zəhməti və onlar tərəfindən ödənilən vergilər hesabına əldə olunur. Və düzgün düşüncəli, düzgün siyasətə malik olan ölkə rəhbərliyi öz xalqının qazancını ekspansionist planlar naminə xərcləməməlidir”- deyə davamında Şahin Qocayev vurğulayıb.




Paylaş:


Müəllif : Tarix:
21-08-2023, 17:11
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər