reklam
Regionxeberlericom.az » Siyasət » Seyid Kazım Delxoş bizimlə DİLXOŞLUQ EDİR, YOXSA? - Fars-molla rejiminin İÇ ÜZÜ BUDUR!

reklam

Seyid Kazım Delxoş bizimlə DİLXOŞLUQ EDİR, YOXSA? - Fars-molla rejiminin İÇ ÜZÜ BUDUR!


İranın Sumee-Səra şəhərini parlamentdə təmsil edən millət vəkili Seyid Kazım Delxoş Əbatəri azərbaycanlıları təhqir edib

O, insanlarla görüşü zamanı telefonla danışarkən həyasızcasına türkləri aşağılayan ifadə işlədib: "Bunlar türklərdir, heç nə anlamırlar".

Zaman-zaman İran hakimiyyətində oturan şəxslər tərəfindən Azərbaycana qarşı nifrət dolu aşağılayıcı ifadələr səsləndirilib. Bu günlərdə isə İranın millət vəkilinin belə sərt tənqidi bir daha göstərir ki, onlar hələ də Azərbaycanlılara qarşı kin-küdurət bəsləyirlər.

Məlumata görə, fars millət vəkili Seyid Kazım Delxoşun fikirlərinə münasibət bildirən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov “Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycan türklərinə qarşı nifrət hissi birinci dəfə deyil, əvvəllər də bu cür hallar baş verib:

"Bunun bir neçə səbəbi var. Birincisi ondan ibarətdir ki, İranda Azərbaycan türkləri farslardan üstün saydadır. Bu şovinizm siyasətinin tərkib hissəsidir. Onların qorxurlar ki, gec- tez hakimiyyət Türklərin əlinə keçəcək. Çünki, Qacarlar sülaləsi hakimiyyətdən gedənə qədər ixtiyar Azərbaycan türklərinin əlində olub . Yalnız Pəhləvilərin hakimiyyətə gəlməsindən sonra farsların hakimiyyəti başlayıb. Onların içərilərində bu cür fikirlər səsləndirənlər çoxdur. Amma bu imkan vermir ki, onlar bizi, soydaşlarımızı təhqir etsinlər".

Ekspert onu da vurğulayıb ki, ümumiyyətlə İranda dövlət idarəetməsində təmsil olunanların əksəriyəti soy, kök etibarilə Azərbaycan türkləridir:

"Əgər bizi təhqir edirlərsə, onlarda təhqir olunur. Onlar bu təhqirlərə cavab vermirsə, deməli, hansısa imtiyaz xatirinə susurlar. Bizim üçün onların hansı sözü deməsi önəmli deyil. Çünki Türklər dünyanın əsas söz sahiblərindən birinə çevrilib. Onların bu gün təhqir etdikləri millətin övladları İran ordusunun, hətta SEPAH-ın belə əsasını təşkil edir. Belə hallar çox olub. Amma daha sonra üzr istəyiblər. Hesab edirəm ki, bu hərəkətlərinə görə yenə onlardan kimsə çıxıb üzr istəyəcək. Bu təxribat gərginlik yaratmağa hesablanıb. Belə şovinist ruhlu insanların etdiyi hərəkətlər İran hakimiyyətinin kimlərin əlində olmasını dəyişməyəcək. Bu gün də hakimiyyətdə ixtiyar Azərbaycan türklərinin əlində olan şəxslər var. Onlar da hakimiyyəti möhkəm saxlayıblar. Özləri üçün istifadə edirlər".





Paylaş:


Müəllif : Tarix:
23-08-2023, 08:58
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər