Süni intellekt gələcək, süni insanlar gedəcək!
Qan Turalı yazır...
Bir gün Molla Nəsrəddinə gəlib deyəndə ki, dünya alt-üst olacaq, Molla Nəsrəddin də kefini pozmadan cavab verir ki, nə bilmək olar, bəlkə altı üstündən yaxşı oldu?! Bu qədim lətifə modern dövrlərin hekayəsinə də çox uyğun gəlir.
Belə ki, insanların bir çoxu dəyişiklikdən qorxur, ehtiyat edir. Makiavellinin də dediyi kimi, insanların çox azı olanı olmalı olanın xeyrinə dəyişmək istəyir. Ancaq dünya bu narahatlıqlara çox da fikir vermədən öz axarınca gedir.
Misal üçün, mobil telefonlarında foto çəkmək xüsusiyyətləri əlavə edildikdə fotoqraflar bunu narahatlıqla qarşıladılar. Bir müddətdən sonra az qala hamı foto çəkən telefonlar əldə etdi. Əvvəllər demək olar ki, hər ailədə kiçik fotoaparatlar vardı. Telefonların foto çəkməyə başlaması ilə bu fotoaparatlar tarixin arxivinə verildi. Ancaq fotoqrafiya məhv oldumu? Əsla. İndi toyların vazkeçilməz atributu “love story”lərdir. Hər nə qədər hər kəsin əlində fotoaparat olsa da fotoqrafiya sənəti əvvəlkindən də çox inkişaf edir, özü də fotoqrafların hesabına.
Əvvəllər hər kiçik şəhərdə bir fotoqraf vardısa indi bu rəqəm dəfələrlə çoxdur. Heç kim telefonla fotoşəkilləri çəkmir. Bir sözlə, telefondakı foto çəkmək imkanları bir növ fotoqrafiyada inqilab yaratdı. Söz yox ki, bu inkişafda sosial medianın xüsusilə də “Instagram”ın rolu əvəzsizdir. Əvvəllər ildə bir foto çəkdirən insanlar indi az qala hər gün foto çəkdirirlər. Bu mənada Mollanın da dediyi kimi, üstü altından yaxşı oldu. Ən azı fotoqraflar üçün...
Hollivudda ssenaristlərin tətili də bu baxımdan maraqlı notları özündə əks etdirir. Belə ki, minlərlə ssenarist süni intellektin ssenari yazmasının qadağan edilməsini tələb edir. Onlar süni intellektin işlərini əllərindən alacağından ehtiyat edirlər.
Bu hadisə XIX əsrin luddistlərini bizim yadımıza salır. Toxuculuq sənayesində maşınların istifadəsinə qarşı çıxan cərəyan üzvləri maşınları sındırıb-dağıdırdılar. Onların fikrincə, bu maşınlar toxucuları işsiz qoyurdu. Əslində, doğrudan da bu belə idi, çünki bir maşın bir neçə toxucunun gördüyü işi görə bilirdi.
Tarixi proses ərzində isə işsizliklə bağlı qorxulu ssenarilər gerçəkləşməməyə başladı. Bəli, bir qisim toxucular doğrudan da işsiz qaldılar. Ancaq nəzərə də almaq lazımdır ki, iqtisadi inkişaf prosesində yeni peşələr də yaranır və bu yeni peşələr yeni insanlar tələb edir.
Misal üçün, əvvəl faytonlar vardı, indi isə sayları onlardan min dəfələrlə artıq olan avtomobillər var. Və bir peşə kimi sürücülər ortaya çıxır. Bu da dünya nisbətində milyonlarla insanın məşğulluğu deməkdir. İndi isə avtomobillərin sürücüsüz variantları üzərində iş artıq başa çatmaqdadır. Yaxın gələcəkdə sürücü peşəsi də tarixə qovuşacaq. Ancaq yeni situasiya söz yox ki, yeni peşələr də yaradacaq.
Hariri “Homo Deus” kitabında paradoksal bir elan haqqında məlumat verir. Belə ki, ABŞ Müdafiə nazirliyi PUA-lar, yəni pilotsuz uçuş aparatlarının idarə edilməsi üçün yeni vakansiyalar elan edir. Bəli, aparat pilotsuz uça bilir, lakin onun texniki servisi, qaldırılıb endirilməsi eləcə də PUA-ların topladığı məlumatların analizi insan əməyi tələb edir. Göründüyü kimi, inkişaf prosesi ərzində bəzi peşələr ləğv edilsə də onların əvəzinə yeniləri də yaranmaqdadır.
Ssenaristlərlə bağlı vəziyyətə gəldikdə, bəli, hər bir ssenari heç də orijinal deyil, baxdığımız filmlərin çoxunun ssenarisi bir-birinə bənzəyir. Bənzər variantları yazmaq isə süni intellektin əlində bir dəqiqəlik işdir. Çünki süni intellektin bazasına minlərlə ssenari yüklənir, o da bu ssenarilər əsasında bir şablon əldə edir. Alqoritm də ona bu şablon əsasında ssenari yazır.
Ancaq yaradıcılıq hər şeydən qabaq “sui generis”dir, yəni təkrarsız, bənzərsizdir, hər şeydən qabaq orijinallıq tələb edir. Süni intellekt Şekspirin əsərlərini öyrənib yeni bir Hamlet yaza bilər, ancaq yeni bir Şekspir yarada bilməz. O “Hamlet”ini yazarkən Şekspirin keçdiyi yollardan keçəcək, onun düşüncə mexanizmini kopyalayacaq. Bəli, süni intellekt şablon Hollivud filminin ssenarisini yaza biləcək. Ancaq Tarantino düzəltmək isə onda alınmayacaq. Söhbət də elə budur.
Yeni dünya isə hər birimizdən orijinallıq, çeviklik tələb edir...
Paylaş:
Müəllif : Yazar
Tarix:23-08-2023, 13:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər