reklam
Regionxeberlericom.az » Siyasət » Xankəndidə “gizli şam yeməyi”: - Bakıya üz tutanların sayı artır

reklam

Xankəndidə “gizli şam yeməyi”: - Bakıya üz tutanların sayı artır


Xankəndidə qondarma rejimin daxilində gedən siyasi-hərbi qarşıdurmanı təhlil edən erməni politoloq Tiqran Qriqoryan hazırda üç qütb arasında mübarizə getdiyini bildirib.

Ekspert qeyd edir ki, birinci qütbə qondarma rejimin “prezidenti” Araik Arutyunyan və onun silahlı komandası daxildir. İkinci qütbdə separatçı rejimin sabiq “müdafiə naziri” Samvel Babayan və onun rəhbərlik etdiyi “parlament” fraksiyası təmsil olunur. Tiqran Qriqoryan onu da xüsusi vurğulayır ki, Samvel Babayanın rəhbərlik etdiyi fraksiya uydurma parlamentdə ikinci ən böyük fraksiyadır.

Üçüncü qütbdə “dövlət naziri” vəzifəsindən istefa verdikdən sonra siyasi proseslərdə fəal iştirak edən Ruben Vardanyan yer alır. Politoloq yazır ki, qondarma rejimin keçmiş rəhbərləri Arkadi Qukasyan və Bako Saakyan, həmçinin “parlament”dəki üç fraksiya Vardanyanı dəstəkləyir. Qriqoryanın sözlərinə görə, onlar böhrandan çıxmaq və Azərbaycanla dialoqun aparılmasında öz yanaşmalarını həyata keçirmək üçün “hakimiyyət” uğrunda fəal mübarizə aparırlar.

Bu baxımdan, onların yanaşmaları fərqlidir. Məsələn, Samvel Babayan hətta vasitəçilərin iştirakı olmadan da birbaşa təmasların tərəfdarıdır. O, yeganə yol kimi Azərbaycanla dialoq, etimad və iqtisadi əlaqələr qurmaq imkanını görür. Onun fikrincə, rəsmi Bakı Ermənistanda “beynəlxalq danışıqlar mexanizmi” adlandırılan üçüncü qüvvələrin vasitəçiliyi ilə Xankəndi ilə təmaslara razı olmayacaq. “Babayanın təklif etdiyi Azərbaycanla dialoq formulunun zəif tərəfi tərəflər arasında Bakının xeyrinə olan böyük güc balansının pozulmasıdır ki, bu da Xankəndinin gələcək danışıqlarda öz maraqlarını hansısa formada müdafiə etmək şansını puça çıxara bilər. Bu, əksinə, Bakıya güclü mövqedən çıxış etmək imkanı verir.

Babayanın özü də onun təklif etdiyi ssenari üzrə Bakı ilə dialoqun uğurla nəticələnəcəyinə əmin deyil.

“Biz heç olmasa onların mövqeyini eşitməyə çalışacağıq. Müvəffəqiyyət qazansaq, irəli gedəcəyik, yoxsa, vicdanla bu barədə xalqa məlumat verəcəyik və bundan sonra nə edəcəyimizə qərar verəcəyik”,-Samvel Babayan özünün müsahibələrindən birində belə deyib. Ruben Vardanyan isə daha radikal mövqe tutur. O, da Azərbaycanla danışıqları mümkün hesab edir. Lakin onun aparılması üçün beynəlxalq formatın yaradılmasında israrlıdır. Halbuki, onun fikrincə, Xankəndi və Bakı “bərabər şərtlərlə” danışmalıdır.

O, Qarabağın və Azərbaycanın birgə yaşaması üçün öz formulunu irəli sürür və onu “yan-yana, lakin birlikdə deyil” adlandırır. Bu, “qonşuluqda, amma eyni qaydalar, eyni qanunlar altında birgə yaşamaq” mənasını verir. Azərbaycanın və Qarabağın potensialında böyük disbalans olduğuna görə, o cümlədən Ermənistanın Baş naziri Nikol Paşinyanın Bakının Qarabağa SSRİ-nin dağılmasından əvvəl Azərbaycanın tərkibində mövcud olmuş muxtar status verməyə belə, hazır olmadığı barədə bəyanatına istinad edərək Ruben Vardanyanın yanaşmasını çoxları qeyri-real hesab edir.

Bu baxımdan çoxları, xüsusən də Ermənistan hakimiyyəti Ruben Vardanyanın fəaliyyətində başqa, daha böyükmiqyaslı məqsəd görür - Ermənistanda hakimiyyətə gəlmək.

“Ruben Vardanyanın iştirakı ilə Qarabağda keçirilən “gizli şam yeməyi”nin (Vardanyanın, qondarma rejimin keçmiş rəhbərlərinin Araik Arutyunyanla görüşü nəzərdə tutulur- red.) məqsədi Ermənistanda hakimiyyətdir”,- deyə Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik üzrə daimi komissiyasının rəhbəri Andranik Köçəryan açıq şəkildə bildirib.

Tiqran Qriqoryanın sözlərinə görə, bu məsələyə Ermənistan hakimiyyətinə yaxın siyasətçilər və ekspertlər də qoşularaq belə bir ifadəni təkrarlayırlar:

“Qarabağda “hakimiyyət”i ələ keçirmək əməliyyatının liderləri bir an belə şübhə etməməlidir ki, Qarabağ bir daha Ermənistanda hakimiyyətə gəlmək üçün alət kimi istifadə edilə bilməz”.

Tiqran Qriqoryan yazır ki, qondarma qurumun rəhbərliyi Laçın yolunun açılmasını nəzərə alaraq, beynəlxalq humanitar yardımın Qarabağa daşınması üçün Ağdam-Xankəndi yolunun açılması üçün güzəştə getməyə hazırdır.

“Hazırda demək olar ki, bütün vasitəçilər - Rusiya, ABŞ və Avropa İttifaqı bu iki yolun açılmasının tərəfdarıdır və Qarabağdakı “hakimiyyət”in manevr imkanı qalmayıb. Hesab edirəm ki, yaxın həftələrdə tərəflər bu məsələ ilə bağlı dialoqa başlayacaqlar”,-erməni politoloq belə qeyd edib.

Cebhe.info




Paylaş:


Müəllif : Tarix:
23-08-2023, 14:20
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər