“PUTİN ARTIQ YORULUB VƏ DÜNYANI ANLAMIR” – “O, kimi satqın hesab edirsə, öldürülməsini məqbul sayır”
“Mən Venesiyaya gələcəyəm, hətta təhlükəsizlik baxımından mənim orada olmağım gərəkməsə də. Putinin düşmənlərinə münasibətdə İtaliyanın heç də qonaqpərvər olmadığının xeyli nümunəsi var, amma mən nikbinəm”.
Mixail Xodorkovskinin Venesiya kinofestivalında görünməsini hiss etməmək mümkünsüzdür. O, “Oskar” mükafatı laureatı, rejissor Aleks Qibninin çəkdiyi “Vətəndaş X” filminin baş qəhrəmanıdır. Bu filmdə nə vaxtsa Rusiyanın ən varlı adamı, nüfuzlu oliqarx, “Yukos” şirkətinin sahibi, sonradan dələduzluq və vergidən yayınmaq ittihamı ilə həbs edilmiş, bu gün isə etirazın simvoluna çevrilmiş Mixail Xodorkovskinin portreti əks olunur.
Monqolustanla sərhəddə və çətin iqlim şəraitində yerləşən həbsxanadan çıxdıqdan sonra Londonda sürgündə yaşayan və Vladimir Putinin bir nömrəli düşməni olan bu şəxs, ziddiyyətli personajdır. Rejissorun baxışına görə, məhz bu şəxsin həyatı Rusiyadakı hakimiyyət dinamikasının təzadlarını və mürəkkəbliyini anlamağa kömək edir. Bunu elə qəhrəmanın özü də təsdiq edir. O, deyib: “Aleksin əcnəbi olmasına baxmayaraq, mənə görə, o, gözəl iş görə bilib”.
“Corriera Della Sera” qəzetinə verdiyi müsahibədə Mixail Xodorkovski, qısa da olsa, Putin və Rusiyanın bugünkü vəziyyəti barəsində fikirlərini söyləyib.
“AzPolitika” həmin müsahibənin tərcüməsini təqdim edir:
- Filmdə Siz iddia edirsiniz ki, Qərbin bizə təqdim etdiyinin əksinə olaraq, Putin elə də təsir gücünə malik deyil. Həqiqətənmi, Siz hesab edirsiniz ki, o, özünə əmin deyil və ətrafına nəzarəti itirməyə başlayır?
– Son illər mənim diqqətimi daha çox Putinin birtərəfli məlumatlardan istifadə etməsi çəkir. Putinin əhatəsindəki insanlar öz maraqları naminə onu əvvəlki dövrlərə nisbətən daha asan manipulyasiya edirlər. O, yorulub və müasir zamanımızın bir çox aspektini anlamaq qabiliyyətini itirib.
- Siz onun prezident seçkiləri müddəti bitməyənə kimi, yəni 2024-cü ildək Rusiyada dəyişikliklərin olacağını gözləyirsinizmi?
– Mən xəyalpərəst deyiləm. Gözlənilməz hadisə istənilən gün baş verə bilər və ola bilər ki, illərlə gözləməli olarsan. Yaxın dönüş anı 2021-ci ildir. Elita duma seçkilərinin hakimiyyət üçün daha əlverişli olmasından ötrü, əlindən gələn hər şeyi edəcək. Sonrakı seçki 2024-cü ildədir.
- Siz özününzün əsas opponentlərinizi, məsələn, Aleksey Navalnını necə dəyərləndirirsiniz? Olqa Mısik kimi yeni liderlər hansı rolu oynaya bilərlər?
– Aleksey Navalnı, Dmitri Qudkov, İlya Yaşin və digərləri vətəndaş cəmiyyətinin möhkəmlənməsi üçün böyük işlər görürlər. Əgər dəyişikliklər tezliklə baş verərsə, onlar buna rəhbərlik edə bilərlər. Yox, əgər bu olmazsa, onda biz üfüqdə yeni nəsil görəcəyik. Rusiya üçün vacibdir ki, Putinin ardınca yeni avtoritar lider peyda olmasın ki, nəhayət, ölkədə müasir sistem yaransın və hakimiyyətin bölünməsi prinsipi reallaşsın. Bu isə ən çətin işdir.
- Vladimir Putin Donald Trampa hansı təsiri göstərə bilər? Hesab edirsinizmi ki, Kremlin əlində onun barəsində hansısa kompramat var?
– Mən Trampa qarşı “ölümcül kompramat” adlandırılan materiallara inanmıram. Çox güman ki, Putinin kriminal və avtoritar modeli onu valeh edib. Yaxşı ailədən çıxmış savadlı insanlar aqressor qarşısında özünəməxsus tərzdə qorxu hissi keçirirlər. Putin çoxdandır ki, bu maskanı taxıb.
- Siz Matteo Salvini və Putinin münasibətləri barəsində nə düşünürsünüz? (Mateo Salvini kimdir?- “Padaniyanın müstəqilliyi uğrunda Şimal Liqası”-nın – Lega Nord per l’Independeza della Padania – liderlərindən biridir. Bu təşkilat ilk öncə İtaliyanın şimalının İtaliyadan ayrılması çağırışı edirdi. Sonradan ideoloji platformalarında bir qədər dəyişiklər aparıb, ölkənin federativ sistemə keçməsi ideyasını önə sürüblər. Hazırda Matteo Salvini İtaliya Daxili İşlər naziri və baş nazirin birinci müavinidir –AzPolitika.)
– Salvini ilə Putin və həmçinin də onun ətrafı arasındakı dərin bağlılıq barəsində çoxlu məlumatlar dolaşır. Bu xəbərlərin bir hissəsi həmin əlaqələrin təmənnasız olmaması şübhəsini doğurur. Təəssüf ki, xeyli Avropa siyasətçisinə müxtəlif yollar axtarıb tapan və rekrut ustası olan Putin üçün bu xarakterik fəaliyyət modelidir.
- Siz Londonda yaşayırsınız və həyatınızın təhlükədə olduğunu bilirsinizmi? Son illərin çoxsaylı müəmmalı ölümləri barədə nə düşünürsünüz? Bunlar barəsində Putinə nələr bəllidir?
– Mənə məlum olanlardan irəli gələrək deyə bilərəm ki, Putin kimi satqın hesab edirsə, məsələn, Litvinenko kimi, onların öldürülməsini məqbul sayır, lakin o, öz düşüməni hesab etdiyi şəxslərin məhv edilməsinə birbaşa göstəriş vermir. Onda gərək mən bu günə kimi sağ qalmayaydım. Amma hər şey dəyişilir.
- Nyönokse hərbi bazasındakı partlayış haqqında nə deyə bilərsiniz?
– Mənə görə orada radioizotoplu maye reaktiv mühərrik qurğusu partlayıb. İzotoplu materialın yüksək aktivliyi partlayışa səbəb olub. Xoşbəxtlikdən bu yaşayış məntəqəsində yox, poliqonda baş verib. Bu ətraf mühit üçün inanılmaz dərəcədə təhlükəli olan axmaq layihənin həyata keçirilməsində şəxsən Putin maraqlı olub.
- Siz bir neçə ilinizi həbsxanada keçirmisiniz. Bu illəri necə yaşamısınız? Siz ayıq ağıl və yumor hissinizi necə saxlayıbsınız, hansı ki, filmdə də biz bunları görə bilərik?
– Həyatımın ilk 28 ilini yaşadığım SSRİ məni türməyə yaxşı hazırlaşdırmışdı, lakin ailənin və dünyadakı minlərlə insanın mənəvi dəstəyi olmasaydı, hədsiz çətin olardı. Mən öz doğmalarıma minnətdaram, onlar məni gözlədilər və mənim qərarımı qəbul etdilər.
- Sizi insan haqları sahəsində qəhrəman hesab edirlər. Öz ölkənizin gələcəyinə nikbinliklə baxırsınız? Ümid edirsiniz ki, ölkəniz insan haqlarının hökmran olduğu məkana çevriləcək?
– Mənim devizim “Rusiya azad olacaq!”-dır. Əgər buna şübhə etsəydim, yəqin ki, mən sağ qalmazdım.
- Siz Qibninin təsvir etdiyi filmdə öz portretinizi necə tanıyırsınız, o, sizin idealizminizə heyran qalaraq, sizi “qızğın öküz” ləqəbli boksçu Ceyk LaMotta ilə müqayisə edir.
– Onun məni müqayisə etdiyi adamı tanımıram, amma mənə görə mübarizlik insanda olan ən dəyərli keyfiyyətdir. Mən sevinirəm ki, Aleks Qibni mənim barəmdə bu sözləri deyib.
Paylaş:
Müəllif : Redaktor
Tarix:28-08-2019, 13:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:28-08-2019, 13:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16