reklam
Regionxeberlericom.az » Siyasət » Azərbaycana qarşı hiyləgər plan - NƏ BAŞ VERİR?

reklam

Azərbaycana qarşı hiyləgər plan - NƏ BAŞ VERİR?


Daha əvvəlki yazılarımda da yazmışdım: Azərbaycanla Ermənistan arasında müharibəni iki ölkənin sərhədlərinə daşımaqda maraqlı qüvvələr var. Bu Rusiya da ola bilər, Fransa da, ABŞ da. Elə İran da.

Ancaq Ermənistanın bu dəfəki sərhəd təxribatının həmişəkilərə əlavə olaraq başqa səbəbləri də var: Ermənistan Azərbaycanın Qarabağ bölgəsindəki qondarma rejimə təsirini, ümumiyyətlə, Azərbaycan ərazisindəki əraziyə məzarətini itirib. Bir yandan da sülh prosesini yubadır. Paşinyan hökuməti getdikcə daha açıq mətnlə Qərbin maraqlarına uyğun danışır. Bu da Rusiya mərkəzli müxalifətin revaşist hərəkətlənməsinə bahanə verib. Azərbaycanla sərhəddə döyüş təxribatı, Ermənistan rəhbərliyinin düşüncəsinə görə, həm diqqəyi "humanitar yardım" və BMT fiaskosundan yayındıracaq, həm də keçmi prezdentlər - Robert Köçəryanla Serj Sarqsyanın da iştirak edəcəyi mitinqdən insanları çəkindirəcək.

Demək istədiyimiz budur ki, Ermənistanın belə bir silahlı təxribatı, əsasən, ya da tamamilə daxili səbəblərdən qaynaqlanır. Müxalifət baş nazir Nikol Paşinyana toparlanıb birləşməyə çalışır. Buna görə də Azərbaycanla münasibətlərdəki problemlərdə ittiham edir. Eyni zamanda beynəlxalq birliyi Azərbaycana təzyiq üçün səfərbər etməyə cəhd edir.

Rusiyalı ekspert Modest Kolerov belə bir sual verir: "Nə üçün Ermənistan Ukraynaya qarşı Rusiyanı dəstəkləmir?! Axı Rusiynın başı Ukraynada nə qədər çox qarışırsa, Azərbaycanın Qarabağda irəliləməsinə mane ola bilmir?!"

Əslində bu sualın cavabı bəllidir: Ermənistan rəhbərliyi Qarabağ ermənilərinin guya blokadada saxlandığını, acından qırıldığını iddia edir. "Blokada"nı guya Azərbaycan yaradıb, Rusiya sülhməramlı kontingenti isə buna göz yumur. Belə bir spekulyasiyaya beynəlxalq birliyi inandırıb, Azərbaycana qarşı pressinq yaratmağa çalışır. Azərbaycanın adını Rusiya ilə yanaşı çəkməklə Ukraynada Rusiyaya qarşı yaranmış kollektiv Qərb iradəsini Azərbaycana qarşı yönəltmək istəyir. Bunda gizlicə Rusiya özü də maraqlıdır; onun indi Azərbaycana qarşı hansısa kəskin mövqe bildirməsi çətindir, ya da istisnadır. Çünki bu, Türkiyə ilə də toqquşmaq deməkdir ki, belə bir perspektiv izolyasiyada olan Rusiyaya heç gərək deyil. Əksinə Rusiya və Türkiyə xarici işlər nazirlərinin görüşündə Sergey Lavrov dedi ki, bölgədə sülhün təmin olunmasında Türkiyə önəmli rol oynaya bilər. Bundan daha əvvəl Rusiya XİN sözçüsü Mariya Zaxarova Fransanın bölgədə fəallaşmasına dair ölkəsinin yanaşmasını şərh edərkən: "Azərbaycanın mövqeyi nəzərə alınmalıdır" dedi.

Rusiyanın belə - Azərbaycanı müdafiə edirmiş kimi görünməsi Ermənistana imkan verir ki, hazırda Ukraynaya görə Rusiya ilə konfliktdə olan Qərbin Azərbaycanı cəzalandırması üçün bundan arqument kimi istifadə etsin. Rusiya da Azərbaycana dolayı təzyiqlərdən istifadə eləyib Qarabağda sülhməramlıların və Ermənistanda Rusiya hərbi kontingentinin mandatını uzatmaq istəyir.

Hazırkı döyüşlərinbuzunmüdddətli müharibyə çevrilmək perspektivi olmasa da (ki, olmayacaq da, hər halda Azərbaycan cəmiyyətinj tam bölə bilər. )

Azərbaycan işğalda qalan ərazilərini azad etməkdə, Qarbağda sülhməramlı kontingentinin zərurətini anlatmaqda israrlı görünür. Ermənista isə Qərbə - Avropa İttifaqına, NATO-ya tələsir.

Bahəddin Həzi - Bizimyol. İnfo





Paylaş:


Müəllif : Tarix:
2-09-2023, 09:32
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər