reklam
Regionxeberlericom.az » Siyasət » Biz bundan sonra Paşinyanın SÜLH NAĞILLARINA SƏBR ETMƏLİ DEYİLİK... - DAHA BUNDAN ARTIĞI OLA BİLMƏZ

reklam

Biz bundan sonra Paşinyanın SÜLH NAĞILLARINA SƏBR ETMƏLİ DEYİLİK... - DAHA BUNDAN ARTIĞI OLA BİLMƏZ


Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Qarabağ ermənilərinə qondarma “müstəqillik günü” ilə əlaqədar “təbrik məktubu” göndərib. Regionxeberlericom.az  JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, Paşinyan bu “məktubunda” Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik etməklə yanaşı, Qarabağı da Azərbaycanın subyekti kimi görmədiyini ortaya qoyub.

Erməni baş nazir bildirib ki, guya, 32 il əvvəl Dağlıq Qarabağ Muxtar Vilayəti və Şahumyan vilayətinin deputatları “öz müqəddəratını təyinetmə” hüququna istinad edərək, Qarabağın “müstəqilliyi” haqqında “bəyannamə” qəbul ediblər. “Həmin dövrdə Qarabağ erməniləri Sumqayıt, Bakı, Kirovabad qırğınlarının şahidi olmuşdur və “müstəqillik bəyannaməsi”nin qəbulu da ontoloji təhlükə ilə şərtlənmişdir”.

Paşinyan daha bir həyasızlıq edərək, qarabağdakı ermənilərin guya, “etnik təmizləmə” ilə üz-üzə qaldığını iddia edib. “44 günlük müharibədən sonra yaranan vəziyyət, Laçın dəhlizinin qeyri-qanuni şəkildə bağlanması, Azərbaycanın apardığı siyasət nəticəsində öz doğma yurdları olan Qarabağda yaşayan soydaşlarımız etnik təmizləmə təhlükəsi ilə üz-üzədirlər. Biz beynəlxalq ictimaiyyətdən Qarabağda etnik təmizləmə siyasətinin həyata keçirilməsinin qarşısını almaq üçün səylər göstərməsini gözləyirik”.

Ermənistanın baş naziri daha sonra qeyd edib ki, Azərbaycanın Qarabağla bağlı səsləndirdiyi fikirlər əsassızdır. “Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqlarının müdafiəsi məsələləri dönməz şəkildə həll olunmayana qədər Azərbaycanın səsləndirdiyi bütün iddialar əsassızdır. Ermənistan, Qarabağ və beynəlxalq ictimaiyyət açıq şəkildə qeyd edir. münaqişənin hərtərəfli və uzunmüddətli həlli beynəlxalq mexanizm çərçivəsində Bakı-Xankəndi dialoqu vasitəsilə həyata keçirilməlidir. Ermənistan Respublikası Qarabağda normal həyat fəaliyyətini, təhlükəsizliyi və hüquqların müdafiəsini təmin etmək üçün səylərini davam etdirəcək”.

P.S. Paşinyanın bu bəyanatı birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik, Qarabağı Azərbaycan ərazisi kimi tanımaması, habelə Azərbaycana torpaq iddiasıdır. Onun “Biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” bəyanatı ilə bu açıqlaması da ziddiyyət təşkil edir, ermənilərin məkrli niyyətindən xəbər verir. Ermənistanın baş nazirinin son açıqlaması Azərbaycana legitim haqq verir ki, Bakı da İrəvanın ərazi bütövlüyünü tanımasın və 1918-ci ildə qurulmuş AXC-nin varisi olaraq həmin dövrdə mövcud olmuş sərhədlərini bərpa etsin.





Paylaş:


Müəllif : Tarix:
2-09-2023, 11:28
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər