reklam
Regionxeberlericom.az » Siyasət » “Zəngəzur dəhlizi Ermənistanın nəzarətində olmayacaqsa, İran açılmasına razılaşmayacaq” - ZİBİLƏ DÜŞMÜŞÜK...

reklam

“Zəngəzur dəhlizi Ermənistanın nəzarətində olmayacaqsa, İran açılmasına razılaşmayacaq” - ZİBİLƏ DÜŞMÜŞÜK...


“İran-Türkiyə münasibətlərində iqtisadi məsələlərlə yanaşı siyasi, təhlükəsizlik və hərbi məsələlər həmişə prioritet olub. Odur ki, Türkiyənin yüksək səviyyəli diplomatı ilə İran hakimiyyəti arasında aparılan danışıqlarda şübhəsiz ki, Qafqaz regionunda baş verənlər və mübahisəli Zəngəzur dəhlizi məsələsi kimi mövzular yer alıb”. Bu fikirlərin müəllifi İranın Türkiyədəki keçmiş səfiri Firuz Dolatabadiyə məxsusudur.

O, “İran” qəzetinə yazdığı məqalədə Türkiyə-İran münasibətləri, oxşar və toqquşan maraqlardan bəhs edib. Keçmiş səfir həmçinin Azərbaycanla İran arasında münasibətlərə, xüsusən də Zəngəzur Dəhlizi mövzusuna da toxunub.

“İran artıq Zəngəzur dəhlizinin yaradılmasına kəskin etirazını bildirib. Çünki bu, İran və Ermənistan arasında quru əlaqəsini pozur, regionun geosiyasi mənzərəsini dəyişdirir. Türkiyə də bundan əvvəl İranın öz ərazisi vasitəsilə Avropaya təbii qaz ixrac etmək planını rədd edərək, əmtəəni almağı və sonra nəql etməyi təklif etmişdi. İran hakimiyyətinin Türkiyənin xarici işlər nazirinə xatırlatması ondan ibarətdir ki, regionun geosiyasətinin dəyişdirilməsi və Ermənistanın nəzarəti vəı mülkiyyəti altında olmayan Zəngəzur dəhlizinin yaradılması İran üçün müzakirə mövzusu deyil”. //jamaz.info//




Paylaş:


Müəllif : Tarix:
5-09-2023, 11:58
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər