“Eskalasiya Ermənistanla sərhəddə də, Qarabağdakı təmas xəttində də mümkündür…”
“Son günlər hərbi eskalasiya tendensiyası güclənir. İnternetdə Ermənistan-Azərbaycan sərhədinin hər iki tərəfində və Qarabağdakı təmas xəttində qoşunların yerdəyişməsi və cəmlənməsi ilə bağlı videoların yayılması, tərəflərin diplomat və siyasətçilərinin qarşılıqlı ittihamları da bunun göstəricisidir.”
Regionxeberlericom.az moderator.az-a istinadla xəbər verir ki, bu fikri “Kavkazskiy uzel” nəşrinə açıqlamasında “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev ifadə edib.
Onun fikrincə, artan hərbi eskalasiya təhlükəsi beynəlxalq oyunçuların diplomatik fəaliyyəti ilə də sübut olunur.
“Son günlərdə ABŞ dövlət katibi Antoni Blinken, onun köməkçisi Yuri Kim, Almaniyanın xarici işlər naziri Annalena Barbokun tərəflərlə telefon danışıqları, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi İqor Xovayev və bir sıra dövlətlərin nümayəndələrinin regiona səfəri olub. Digər ölkələr, eləcə də Avropa İttifaqı tərəflərə müraciətlər edib”, - deyə Əliyev qeyd edib.
O, hesab edir ki, həm Ermənistan-Azərbaycan sərhədində, həm də Qarabağdakı təmas xəttində eskalasiya mümkündür.
Siyasi şərhçinin fikrincə, son günlər yaranmış gərginliyin əsas səbəbi Ermənistanın Yuxarı Qarabağın Azərbaycanın tərkibində olmasını təmin edəcək sülh müqaviləsini imzalamaqdan yayınmaq istəyidir.
Paylaş:
Müəllif : Yazar
Tarix:9-09-2023, 11:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər