reklam
Regionxeberlericom.az » Siyasət » Liderlərin ikitərəfli görüşü başladı

reklam

Liderlərin ikitərəfli görüşü başladı


Rusiya prezidenti Vladimir Putinlə Şimali Koreya lideri Kim Çen Inın təkbətək görüşü başlayıb.

Regionxeberlericom.az Trend-ə istinadən xəbər verir ki, Rusiya və Şimali Koreya liderlərinin görüşünün mətbuata açıq hissəsində hər iki lider çıxış edib.

Putin Kim Çen Inla yenidən görüşməkdən məmnun olduğunu bildirərək, bu görüşün mühüm vaxta - Koreya Xalq Demokratik Respublikasının yaradılmasının, diplomatik əlaqələrin qurulmasının 75-ci ildönümünə təsadüf etdiyini qeyd edib

Şimali Koreya lideri də öz növbəsində Rusiya prezidentinə dəvətinə və səmimi qarşılamasına görə təşəkkür edib.

Qeyd edək ki, ötən gün Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, iki ölkə liderinin təkbətək görüşündən sonra mətbuat konfransı keçirilməyəcək. Görüşdə Vladimir Putinlə Kim Çen In Rusiya və Şimali Koreya arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərini, regiondakı vəziyyəti, beynəlxalq məsələləri müzakirə edəcək.




Paylaş:


Müəllif : Tarix:
13-09-2023, 11:06
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər