Aleksey Qonçaruk Ukraynanın yeni Baş Naziri oldu
Ukrayna Ali Radasının yeni tərkibdə keçirilən ilk iclasında Aleksey Qonçaruk ölkənin Baş Naziri vəzifəsinə seçilib.
O, bu vəzifəyə yeganə namizəd olub. Aleksey Qonçaruk səsvermədən öncə çıxış edərək yüksək etimada görə, Prezidentə və Ali Rada deputatlarına təşəkkürünü bildirib. Qeyd edib ki, ölkə iqtisadiyyatını gücləndirmək üçün, ilk növbədə, korrupsiya halları aradan qaldırılmalıdır. Ukraynada iqtisadi islahatların aparılacağını vurğulayan A.Qonçaruk bank və kredit siyasətindən, sahibkarlığın inkişafından, makroiqtisadi göstəricilərin artırılmasından danışıb. Sonra deputatların suallarını cavablandırıb.
Daha sonra səsvermə keçirilib və Aleksey Qonçaruk böyük səs çoxluğu ilə yeni Baş Nazir seçilib.
Qeyd edək ki, 35 yaşlı Aleksey Qonçaruk hüquqşünas, hüquq üzrə fəlsəfə doktorudur. O, hazırda Ukrayna Prezidenti Aparat rəhbərinin müavini vəzifəsini tutur və iqtisadi islahatların həyata keçirilməsinə nəzarət edir.
Ali Radasının iclasında həmçinin bir sıra nazirlər təyin olunub.
Deputatların səsverməsi nəticəsində Vadim Pristayko Xarici işlər, Andrey Zaqorodnyuk Müdafiə naziri, İvan Bakanov Təhlükəsizlik Xidmətinin rəhbəri təyin olunublar. Onların hər üçü yüksək səs çoxluğu ilə bu vəzifələrə etimad göstərilib.
Qeyd edək ki, Ali Radanın ilk iclasında Ukraynanın yeni Baş Naziri, spikeri, vitse-spikerləri də seçiliblər.
Paylaş:
Müəllif : Redaktor
Tarix:29-08-2019, 22:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:29-08-2019, 22:56
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39
Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - “İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur”
22-11-2024, 15:36