Ermənistanın son addımları Moskva və Tehranı narahat edir - NƏ BAŞ VERİR?
"Rusiya sülhməramlılarının Qarabağdakı separatçılara ağır hərbi texnika ötürməsi ilə bağlı söhbətlər fonunda amerikalılar Bakıya təzyiqləri artırıblar. Görünür, onlar üç il əvvəl olduğu kimi, indi də hər şeyin onlarsız həll olunacağından narazıdırlar".
Regionnxeberlericom.az Reyting.az-a istinadla xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.
Onun fikrincə, ABŞ-da Qarabağ ermənilərinin taleyi ilə bağlı yaranmış “narahatlıq” regionda təsir dairələrinin yenidən bölüşdürülməsinin onların iştirakı olmadan baş verməsindən narahatlıqdan başqa bir şey deyil:
"Onların narahatlığı növbəti dəfə “fait acompli” təqdim olunan Paşinyanın narahatlığı ilə “üst-üstə düşür”. Belə təəssürat yaranır ki, İrəvan amerikalıları onun iştirakı olmadan bu yeni bölüşdürmənin qarşısını almaq üçün regiona “dəvət edir”. Bu da öz növbəsində həm rəsmi Moskvanı, həm də Tehranı narahat edir və belə dönüşü çətin ki, gözləmirdilər”. İ. Vəlizadənin sözlərinə görə, belə çıxır ki, “müqəddəs yer” boşalanda paylar da artır. “Bu “Ermənistan uğrunda döyüşdə” hamı var – ABŞ, İran, Rusiya, hətta müəyyən qədər biz də. Yeganə çatışmayan Ermənistanın özüdür ki, onun öz subyektivliyi yox idi və heç vaxt da olmayacaq", - deyə İ. Vəlizadə əlavə edib.
Paylaş:
Müəllif : Yazar
Tarix:18-09-2023, 11:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər