“Paşinyan sülh sazişini imzalamaq istəyir, Rusiya imkan vermir” - Deputat
“Ümumiyyətlə, Ermənistan və onun rəhbəri Nikol Paşinyan sülh sazişini imzalamaqdan çəkinir. Çünki elə dövlətlər var ki, sülh sazişinin imzalanması onlara sərf etmir, məsələn, Rusiya, İran, Fransa və s. Onların basqılarına görə də Paşinyan yekun sənədi imzalamaq istəsə belə, ona imkan vermirlər”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.
Millət vəkili Ermənistanın Baş naziri Nikol Paşinyanın sülh sazişinin imzalanması ilə bağlı sonuncu açıqlamasına münasibət bildirib.
Belə ki, erməni baş nazirin sözlərinə görə, mövcud şərtlər daxilində Ermənistanla Azərbaycan arasında sazişinin bağlanması real deyil.
V.Əhmədova görə isə son vaxtlar yaranan problemlər, atəşkəsin Ermənistan tərəfindən pozulması, separatçıların təxribatları və s. onu göstərir ki, İrəvan kifayət qədər çalışır ki, sülh müqaviləsinin bağlanmasını uzatsın:
“Dövlət başçısı cənab İlham Əliyev isə çalışır ki, sülh müqaviləsi imzalansın. Bizim İrəvana verdiyimiz əsas 5 təklifdir ki, bunlar sərhədlərin delimitasiya və demarkasiyası, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, Qarabağ ermənilərinin Azərbaycan Konstitusiyası altında vətəndaşlığımızı qəbul etməsi digər məsələlərdir”.
V.Əhmədov hesab edir ki, Ermənistan əsas olaraq status məsələsini problem olaraq qaldırıb:
“Status məsələsi isə artıq mövcud deyil. Hətta Rusiya lideri Vladimir Putin Şərq İqtisadi Tərəfdaşlığı forumunda qeyd etdi ki, Ermənistanın özü Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb. Ona görə də heç bir statusdan söhbət gedə bilməz”.
“Ermənilər məqsədi məsələni müəyyən qədər uzatmaqdır. Son vaxtlar Ermənistan Hindistan və İrandan silah-sursatlar alır. Son vaxtlar isə İrəvanla Moskvanın münasibətləri kəskinləşsə də, Rusiyadan da Ermənistana silah gətirilməsini istisna etmirəm. Lakin Ermənistan bu gün daha çox Qərbə meyl göstərir ki, Qərb onlara kömək edəcək. Digər bir məsələ isə Zəngəzur dəhlizinin açılması məsələsidir ki, Tehran bu dəhlizin açılmasını istəmir. Amma dəhliz də açılacaq, sülh müqaviləsi də imzalanacaq, Azərbaycanın ərazi bütövlüyü də tanınacaq. Çünki biz qalib dövlətik və bunlara getməyə məcburdurlar”, - o, fikirlərini yekunlaşdırıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-09-2023, 12:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər