ABŞ Talibanla razılığa gəlir - Amerikalı əsgərlərin sayı 8600-ə endirilir
ABŞ Əfqanıstandakı əsgərlərinin sayını 14000-dən 8600-ə endirməyi planlaşdırır.
Bunu ABŞ prezidenti Donald Tramp deyib.
Donald Tramp bunu Talibanla 18 ildir davam edən müharibənin həlli yollarını tapmaqla bağlı danışıqarı davam etdirdiyi vaxt söyləyib. ABŞ prezidenti bildirib ki, Vaşinqton razılıq əldə etməyə “yaxındır”. Amma razılığın nəticəsi hələ ki, qeyi-müəyyəndir.
“Kim bilir, bu baş verə də bilər, verməyə də”,- deyə Tramp “Fox News” Radiosunun “The Brian Kilmeade” şousunda söyləyib.
ABŞ prezidenti qoşunların nə zaman çıxarılacağını bildirməyib. Pentaqon orada olan 14 min qoşunun yarısını ölkədən çıxarmaq planları hazırlayır, lakin Taliban ABŞ və NATO-nun bütün qüvvələrinin ölkəni tərk etməsini istəyir.
“Biz qoşunun sayını 8600-dək endirəcəyik və daha sonrakı addımı müəyyən edəcəyik”,- deyə Tramp bildirib. O əlavə edib ki, ABŞ-ın Əfqanıstanda “yüksək kəşfiyyat” mövcudluğu olacaq.
Tramp Talibanın 11 sentyabr hücumlarına görə məsuliyyət daşıyan Əl-Qaidə şəbəkəsinin üzvlərini sığınacaqla təmin edən Əfqanıstanı “Terrorun Harvard Universiteti” adlandırıb.
“Əgər terror qrupları bir daha Əfqanıstandan Amerikaya hücum etsə, biz onların daha öncə görmədikləri qüvvə ilə geri dönəcəyik. Amma mən bunun baş verəcəyini gözləmirəm”,- deyə ABŞ prezidenti vurğulayıb.
“Amerikanın Səsi” bildirir ki, ABŞ-ın yüksək rütbəli ordu zabiti çərşənbə günü deyib ki, ABŞ qoşunlarının Əfqanıstandan tamamilə çıxarılmasını müzakirə etmək hələ çox tezdir. Birgə Qərargahlar Rəisi general Cozef Danford Pentaqonda müxbirlərə deyib ki, ABŞ-ın Talibanla əldə edəcəyi hər hansı razılıq Əfqanıstanda təhlükəsizlik şərtlərinə əsaslanacaq. O bildirib ki, Əfqanıstan qüvvələri hələ ki, müttəfiq qüvvələrin yardımı olmadan ölkəni müdafiə edə bilmir.
Əfqanıstan höküməti ABŞ nümayəndəsi Zalmay Xəlilzadın Kabildəki rəsmiləri çox yaxında Talibanla danışıqlarda əldə olunan irəliləyişlərlə bağlı məlumatlandıracağını gözləyir.
Talibanın sözçüsü də bildirib ki, onlar yekun razılıq əldə etməyə yaxındır. Lakin Taliban hətta danışıqların davam etdiyi vaxtda belə Əfqanıstan boyu hücumlar törədir, İslam Dövləti qrupunun bir qolu isə ölkədə qrupa olan dəstəyi genişləndirir.
Xəlilzad razılıq əldə etməyə yaxın olsa belə, Əfqanıstan höküməti özü Talibanla sülh razılığını müzakirə etməli olacaq. Bu müzakirələr zamanı Talibanın 2001-ci ildə ABŞ-ın müdaxiləsindən əvvəl hakimiyyətdə olduğu ölkədə idarəçilikdə rolu müəyyənləşdiriləcək.
Paylaş:
Müəllif : Redaktor
Tarix:30-08-2019, 13:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:30-08-2019, 13:13
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39
Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - “İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur”
22-11-2024, 15:36