Ərdoğan Qarabağdakı antiterror tədbirlərindən danışdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Qarabağda erməni qüvvələrinə qarşı başlatdığı antiterror tədbirləri ilə bağlı danışıb.
Ərdoğan bu barədə jurnalistlərin suallarını cavablandırarkən açıqlama verib.
“Bu son hadisə Paşinyanla bağlı deyil. Bunun Ermənistan dövləti ilə də əlaqəsi yoxdur. Bu, Ermənistanın talançı komandası ilə bağlı məsələdir. Onların (separatçıların) “prezident seçkiləri”ni keçirmək cəhdi həm Ermənistanın Baş naziri Nikol Paşinyanı, həm də Azərbaycanı ciddi narahat edib. Çünki Azərbaycan bu hadisəyə “hələ də davam edən bir prosesi alovlandırırlar” kimi baxırdı. Bu arada, təbii ki, qardaşlarımızın şəhid olması hadisəni çox fərqli səviyyəyə qaldırdı.
Xəbərdarlıqlar edildi, lakin bütün bu xəbərdarlıqlara baxmayaraq, özlərini düzəltmədilər. Əksinə prosesi davam etdirdilər. Hadisə belə davam etdiyi üçün də, Azərbaycan müvafiq addım atdı və daha da gecikmədən orada əməliyyatlarını yekunlaşdırdılar. Antiterror tədbirləri bitdikdən sonra mənə dedilər ki, 90-a yaxın vacib nöqtə məhv edilib. Yəni 90 mövqe vurulmaqla artıq tədbirlər bitib”, - Ərdoğan qeyd edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:21-09-2023, 22:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər