reklam
Regionxeberlericom.az » Siyasət » Xankəndinin təhvil-təsliminə TƏDARÜK GEDİR - Ermənistan KİV

reklam

Xankəndinin təhvil-təsliminə TƏDARÜK GEDİR - Ermənistan KİV

















Xəbər verildiyi kimi, dünən – sentyabrın 25-də Xocalı şəhərində Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədovun Qarabağ bölgəsinin erməni icmasının nümayəndələri kimi təqdim olunan şəxslərlə növbəti görüşü keçirilib.

RegionXəbərləricom.az Moderator.az-a istinadla xəbər verir ki, “Hraparak”ın yazdığına görə, görüşdə yaxın günlərdə separatçı rejimin Xankəndində və bölgələrdəki bütün qondarma strukrturlarının yaxın günlərdə buraxılması haqda razılığa gəlinib.

Erməni nəşri yazır ki, kriminal xuntanın sonuncu qondarma “prezident”i təyin olunmuş Samvel Şahramanyan guya öz nümayəndələri vasitəsi ilə də Azərbaycan tərəfini inandıra bilib ki, xüsusən haykların Ermənistana köçürülməsi ilə bağlı bir sıra “təşkilati problemlərə görə” qondarma “dövlət aparatı”nın buraxılmasını indi- dərhal elan etmək məqsədəuyğun deyil. Məhz bu baxımdan müzəffər Azərbaycan ordusunun şəhid və qazilərimizin canı-qanı hesabına düşmənin qanunsuz silahlı birləşmələrinə təslim olmağa məcbur etməsi sayəsində tamamilə çökmüş separatçı rejimin bütün qondarma strukturlarının bir neçə gün ərzində buraxılması gözlənilir.




Paylaş:


Müəllif : Tarix:
26-09-2023, 11:13
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər