reklam
Regionxeberlericom.az » Siyasət » Ermənistandan Qarabağa tibbi helikopterin daxil olması təmin edilib

reklam

Ermənistandan Qarabağa tibbi helikopterin daxil olması təmin edilib


“Biz yerdəki humanitar ehtiyacların qarşılanması üçün Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), eləcə də Qarabağın erməni sakinlərinin nümayəndələri ilə müntəzəm əlaqədəyik”.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabındakı paylaşımında qeyd edib.

Onun sözlərinə görə, tibbi yardıma və qayğıya ehtiyacı olan insanların aparılması, eləcə də yerlərdə yardımın göstərilməsi üçün Ermənistandan içərisində tibbi heyətin olduğu helikopterin Qarabağa daxil olması təmin edilib.

H.Hacıyev, həmçinin qeyd edib ki, dünəndən etibarən, Ağdam, Sabirabad və Saatlı rayonlarındakı xəstəxanalar Xankəndidən xeyli sayda pasiyentin qəbul edilməsi üçün hazırlanıb və bu xəstəxanalar əlavə tibbi heyətlə gücləndirilib: “Dərman vasitələri, xüsusilə də yanıq müalicəsi üçün tibbi ləvazimatlar göndərilib. Bundan əlavə, ərzaq yardımı da çatdırılıb. Bu, bu gün və növbəti günlərdə davam etdiriləcək. Hazırda Gorus-Qafan-Eyvazlı-Füzuli-Şuşa-Xankəndi yolu ilə tibbi təxliyələrin həyata keçirilməsi və yardımların çatdırılması üçün BQXK-nın əraziyə müstəsna giriş imkanının təmin edilməsi istiqamətində çalışırıq”.




Paylaş:


Müəllif : Tarix:
26-09-2023, 13:19
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər