reklam
Regionxeberlericom.az » Siyasət » David Babayan Azərbaycana təslim olur

reklam

David Babayan Azərbaycana təslim olur


Xankəndidə separatçıların “rəhbəri”nin müşaviri David Babayan könüllü olaraq Azərbaycana təslim olacağını bildirib.

Regionxeberlericom.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, Babayan bu barədə öz feysbuk hesabında paylaşım edib. 

“Hamınız bilirsiniz ki, Azərbaycanın qara siyahısına salınmışam və Azərbaycan tərəfi müvafiq araşdırma həyata keçirilməsi üçün mənim Bakıya gəlməyimi tələb edib. Bu gün Xankəndidən Şuşaya getmək qərarına gəldim”, - deyə o qeyd edib.

Xatırladaq ki, ötən gün “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycandan Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb. O, DSX-nin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib. Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib.




Paylaş:


Müəllif : Tarix:
28-09-2023, 10:52
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər