Alternativ yol Ermənistan üçün ciddi zərbə olacaq - ŞƏRH
Türkiyəni Cənubi Qafqaz və Mərkəzi Asiya ilə birləşdirəcək, o cümlədən Orta Dəhlizin mühüm parçası hesab olunan Zəngəzur dəhlizi İran ərazisi vasitəsilə həyata keçirilə bilər.
Qeyd edək ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu mətbuata son açıqlamasında Zəngəzur dəhlizi ilə bağlı maraqlı fikirlər səsləndirib.
Onun sözlərinə görə, bu məsələ həm Ermənistan, həm də İranın dövlət rəsmiləri ilə müzakirə olunur.
“Əgər Ermənistan buna razı olmasa, biz İrandan keçən alternativ yolu açacağıq. İranla bu məsələ barədə təmaslarımız davam edir. Zəngəzur marşrutu Türkiyədən Bakıya xətləri təmin edəcək”, - deyə Ə.Uraloğlu bildirib.
Xatırladaq ki, sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan da Naxçıvana rəsmi səfəri zamanı Prezident İlham Əliyevlə mətbuat konfransında bu məsələyə toxunub. Ərdoğan öz bəyanatında Zəngəzur marşrutunda İran variantının nəzərdən keçirildiyini vurğulayıb.
Ərdoğan və Uraloğlunun açıqlamaları onu deməyə əsas verir ki, Türkiyə Zəngəzur dəhlizinin İran ərazisindən keçirilməsinə razıdır. Azərbaycanın qərb əraziləri ilə Naxçıvanı birləşdirən nəqliyyat kommunikasiyaların açılmasında maraqlı olan rəsmi Bakının alternativ dəhlizin yaranmasına hansı reaksiyanı verəcəyi hər kəsdə maraq doğurur.
Məsələ ilə bağlı politoloq Oqtay Qasımov Cebhe.info-ya açıqlamasında qeyd edib ki, Zəngəzur dəhlizinin İran ərazisindən keçməsi Azərbaycan üçün də məqbuldur
“Keçən ayın 29-da Prezident İlham Əliyev Zəngilandakı çıxışında açıq şəkildə Ermənistana mesaj ötürərək bildirib ki, əgər İrəvan Zəngəzur dəhlizinin açılmasına razılıq verməsə, bu dəhliz İran ərazisindən keçəcək. Hətta keçən ilin mart ayında Türkiyənin Antalya şəhərində Azərbaycan və Türkiyənin XİN rəhbərləri Ceyhun Bayramov və Hüeyn Əmir Abdullahian arasında bu məsələ ilə bağlı memorandum imzalanıb. Bu memoranduma görə, Zəngəzur dəhlizi ilə paralel Azərbaycan və Türkiyə arasında İran ərazisindən 5km yol çəkiləcək. Ərdoğan və Uraloğlunun Zəngəzur dəhlizi barədə səsləndirdiyi bəyanatlar Azərbaycan tərəfindən məqbul hesab olunur.
Əlbəttə, biz istəyirik ki, üçtərəfli noyabr Bəyanatının 9-cu müddəasına uyğun olaraq Ermənistan öz ərazisindən keçən kommunikasiyaları açsın və Azərbaycanın Naxçıvanla birbaşa əlaqələri qurulsun. İrəvanın buna əngəl törədəcəyi təqdirdə alternativ marşrut yolu İran ərazisindən keçəcək. Bu yolun baş tutduğu halda Ermənistan regiondakı bütün layihələrdən və ən böyük layihə - Zəngəzur dəhlizindən kənar qalacaq. Bu da Ermənistanın iqtisadi maraqlarına ciddi zərbə vuracaq. Ona görə də İrəvan bu dəhlizin əhəmiyyətini düzgün dəyərləndirməlidir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:3-10-2023, 13:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər