“Azərbaycanın hansısa beynəlxalq təşkilatdan, o cümlədən BMT-dən gizlədəcəyi əməli, fəaliyyəti yoxdur”
Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisinin rəhbərliyi altında beynəlxalq təşkilatın ixtisaslaşmış qurumlarının nümayəndələri Xankəndi-Laçın yolunda olublar və Laçın sərhəd-keçid məntəqəsinə baxıblar. Missiya üzvləri Ağdam yolu ilə Xankəndiyə də gediblər. Qeyd edək ki, missiyanın məqsədi yerdə vəziyyətlə tanış olmaq, sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirməkdir. Missiyanın tərkibinə BMT-nin müxtəlif qurumlarının nümayəndələri daxildir. BMT missiyası Qarabağda sonuncu dəfə təxminən 30 il əvvəl olub. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ermənistandakı nümayəndəsi Kavita Belani bildirib ki, Azərbaycanın Qarabağ bölgəsini öz istəkləri ilə tərk edərək Ermənistana köçən erməni sakinlərə qarşı pis rəftarla bağlı heç bir fakt qeydə alınmayıb: "Bilirəm ki, indiyədək heç bir insident, pis rəftar halları ilə bağlı heç bir fakt yoxdur. Bu, uzun yoldur, tıxaclar insanlar üçün çətinlik yaradır. Lakin azərbaycanlılar tərəfindən pis rəftar halları qeydə alınmayıb".
Millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu "Sherg.az"a bildirib ki, münaqişənin davam etdiyi 30 il müddətində BMT-nin müxtəlif missiyalarını erməni işğalına qiymət verməklə bağlı Azərbaycana dəvət etsək də, onlar gəlmədilər. Deputatın sözlərinə görə, BMT missiyasının indiki vaxtda Qarabağa göndərilməsi dövlətimizin bu qurumla dialoqu və əməkdaşlığı çərçivəsində mümkün olub:
"Azərbaycanın hansısa beynəlxalq təşkilatdan, o cümlədən BMT-dən gizlədəcəyi əməli, fəaliyyəti yoxdur. Azərbaycan beynəlxalq hüquqa, öz qanunvericiliyinə sadiqdir və şəffaf siyasət həyata keçirir. Qarabağda yaşamış, indi isə bölgəni tərk etmək qərarına gələn ermənilərin Azərbaycanı təhlükəsiz və ləyaqətli şəkildə tərk etməsi üçün hər cür şərait yaradılıb. Erməni sakinlər öz seçimlərini sərbəst və könüllü surətdə edirlər. Azərbaycan ermənilərin təhlükəsizliyini təmin edir, onların rahat köç etmələri üçün bütün imkanları yaradır. Üstəlik, köç üçün zəruri olan bütün nəqliyyat vasitələrini, yanacağı və digər humanitar vasitələri təmin edir. O cümlədən gələcəkdə Azərbaycana qayıdaraq Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən erməni sakinlər üçün xüsusi elektron portal yaradıb. Kim qayıtmaq istəyirsə, Azərbaycan onun bu hüququnu təmin etməyə zəmanət verir. BMT missiyası və bütün dünya Azərbaycanın necə humanist davrandığını, sülh istədiyini görməlidir".
Parlament üzvü vurğulayıb ki, Azərbaycan BMT-nin missiyasının regiona gəlməsində heç bir problem görmür: "Çünki bu missiya Qarabağda olarkən 30 il ərzində erməni işğalçılarının Azərbaycana qarşı hansı vandalizmləri törətdiyinə də şahidlik edəcək. Dağılan evlərimizi, ekositə məruz qalmış torpaqlarımızı görəcəklər. Yaxşı olar ki, erməni sakinlərlə bağlı bəyanat səsləndirən BMT missiyası gecikmiş də olsa, bir cümlə ilə 30 il ərzində ermənilərin Azərbaycan torpaqlarını necə viran qoymasına da toxunsun. BMT missiyasına 1990-cı illərin işğal və qaçqınlarımızla bağlı kadrlarla yanaşı, paralel olaraq indi ermənilərin necə yola salındığını əks etdirən videogörüntüləri də izlətmək lazımdır. Bu, Azərbaycanın məhz hüquqi dövlət kimi davranmasının göstəricisidir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:3-10-2023, 13:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər