![reklam](/templates/tema/images/saythazir.png)
“Rusiya sülhməramlıları Qarabağda günlərini sayır” – Zatulin
“Rusiya sülhməramlıları Qarabağda günlərini sayır”.
Bu barədə Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin “Qovorit Moskva” radiostansiyasına müsahibəsində bildirib.
O, Azərbaycanın keçirdiyi hərbi əməliyyatların Rusiyanın mövqelərinə “zərbə vurduğunu” vurğulayıb.
“Saakyan və Qukasyanın faktiki olaraq Rusiya sülhməramlı kontingentinin gözləri qarşısında həyata keçirilən həbsi, məncə, təkcə Ermənistan hökumətinə deyil, həm də öz üzərimizə götürdüyümüz funksiyaya - sülhməramlılığa çox ciddi qınaqdır”, - deputat bildirib.
Deputatın sözlərinə görə, erməni əhalisi öz təhlükəsizliyinə inanmadığı üçün bölgəni tərk edib:
“Odur ki, artıq Rusiyanın sülhməramlı kontingentinin müdafiə edəcəyi başqa heç kim yoxdur”.
“Aydın məsələdir ki, bu halda bizim kontingentin Qarabağdakı günləri sayılıdır, çünki orada heç kim qalmasa, onlar kimi qoruyacaq?” - deputat deyib.
Zatulin əlavə edib ki, Bakının hərəkətləri Rusiyanı güclü dövlət kimi gözlənilməz faktlarla üz-üzə qoya bilər. Deputat qeyd edib ki, bununla əlaqədar artıq Gürcüstanda Abxaziya və Cənubi Osetiyanın geri alınması ilə bağlı danışıqlar başlayıb.
“Onsuz da Gürcüstanda Azərbaycandan nümunə götürmək, Abxaziya və Cənubi Osetiyanı da eyni şəkildə geri almaq zərurətindən danışırdılar. Bu, təbii ki, olmayacaq, amma Saakaşviliçilərin orda və başqa yerlərdə yenidən başlarını qaldırması bir daha deməyə əsas verir ki, Azərbaycan nümunəsi yoluxucudur”, - o bildirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-10-2023, 09:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

![reklam](/templates/tema/images/reklam300.png)
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/1739251498_sekil.jpg)
DTX dövlətə xəyanət etmiş Azər Bağırovu məsuliyyətə cəlb etdi - İordaniyadan gətirildi - Foto
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/thumbs/1739201074_jsw1efegsz9x8mz1wu89bqjnroqii6vqct2ljb8e_1200.webp)
Səkkiz yaşlı Mehdinin sizin köməyinizə ehtiyacı var: Ən böyük arzusu anasına tərəf addımlamaqdır
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/thumbs/1739184731_resize-1.jpg)
Daha bir rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyuldu - Zatulin, Milonov və...
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/1739162089_1.jpg)
Günəşdəki nəhəng koronal dəlik Yer kürəsinə tərəf çevrildi: Maqnit qasırğaları gözlənilir
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/thumbs/1739172006_resize-3.jpg)
Əfv Komissiyasının iclasları başlayır - Nə qədər məhbus həbsxana divarlarını tərk edəcək?
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/1739121991_1.jpg)
Oğlumun həyatının nöqtəsi qəfil qoyuldu: Anası şəhidin ölüm xəbərini necə öyrəndi? — VİDEO
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/1739086185_1.jpg)