Əliyev və Paşinyan Şarl Mişelin dəvətini qəbul edib
Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Baş naziri Nikol Paşinyanın oktyabrın sonunda Brüsseldə görüşə gəlmək barədə razılığa gəldiklərini təsdiqləyib.
Bunu şura sədri Aİ-nin Qranadada keçirilən sammitində jurnalistlərə deyib.
“Mən Ermənistan və Azərbaycan liderlərini dəvət etdim və hər iki lider bu görüşdə iştirak edəcəklərini təsdiqlədilər”, - Şarl Mişel deyib.
Qeyd edək ki, oktyabrın 5-də İapaniyanın Qranada şəhərində Avropa Siyasi Birliyinin sammiti keçirilib və Azərbaycan Prezidenti İlham Əliyev sammitdə iştirak etməkdən imtina edib. Nəticədə, Paşinyan Aİ, Fransa və Almaniya nümayəndələri ilə görüşdə Azərbaycan Prezidenti ilə birgə imzalanmaq üçün hazırlanan bəyannaməni birtərəfli qaydada imzalayıb.
Xatırladaq ki, bu bəyannamə ilə Paşinyan Qarabağ da daxil olmaqla, Azərbaycanın 86,6 min km²-lik ərazisini rəsmi olaraq tanıyıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-10-2023, 12:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər