DTX toruna düşən iri “balıqlar” - İkili agentlərin ifadələri Azərbaycana nə vəd edir?
Xəbər verildiyi kimi, özünü buraxmış qondarma rejimin “dövlət naziri” Ruben Vardanyanı ifşa edən faktlar ortaya çıxıb. Etibarlı mənbələrdən əldə olunan məlumata görə, Azərbaycan Vardanyanın Qərbin əsas siyasətçiləri, jurnalistləri, “hüquq müdafiəçiləri” və “ekspertləri” ilə təmaslarına dair sənədli sübutlar əldə edib, onlarla lobbiçilik fəaliyyətinin müəyyən tapşırıqlarını həyata keçirmək üçün açıq maliyyə sövdələşmələri aparılıb.
Beləliklə, dünya ictimaiyyəti Ruben Vardanyanın “Karnegi Fondu” ilə əməkdaşlığının kəskin təfərrüatIarından tezliklə xəbərdar olacaq. O da məlum olub ki, Donetsk separatçısı, hazırda Rusiya Dövlət Dumasının deputatı Aleksandr Borodayı birbaşa Vardanyan maliyyələşdirib. Ümumiyyətlə, bəlli olub ki, Vardanyan Rusiya xüsusi xidmət orqanlarının müvafiq idarəsinin nəzarəti altında Donbas separatizminin dəstəklənməsində fəal iştirak edib. Paralel isə USAİD-in rəhbəri Samanta Pauerin timsalında Amerika administrasiyasının əsas fiqurlarından biri Vardanyanla əməkdaşlıq edir, o da öz növbəsində eyni vaxtda Ukraynada separatizmi maliyyələşdirir.
Əsas sual budur ki, kim kimin üçün işləyib? İstisna etmək olmaz ki, Ruben ikili agent olub, bunun nəticəsində Rusiya hakimiyyətinin “görən gözləri” onu həbsini sadəcə olaraq sızdırıb. Belədə isə həm Vardanyan, həm də həbs edilən separatçı-cinayətkarlar Bakı və Moskva, eləcə də Bakı və Vaşinqton arasında soyuqluq yaradacaq ifadələr verə bilərlərmi? Bu ifadələrin səhihliyi necə yoxlanılacaq? Cinayətkarların məhkəmə işləri vahid işdə birləşdirilə bilərmi?
Yeri gəlmişkən, Rusiya lideri Putin Vardanyanın həbsi ilə bağlı deyib ki, Rusiya vətəndaşı deyil, o, vətəndaşlıqdan imtina edib. “Biz hər zaman bunu etmişik, indi də edirik. Mən telefonla Azərbaycan Prezidenti İlham Əliyevlə danışmışam. Əvvəllər də danışmışıq. O hər zaman məni əmin edib ki, Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyi təmin olunacaq. İndi orda erməni qalmayıb, hamı gedib. Ola bilsin ki, 1000-1500 nəfər qalıb. O ki qaldı keçmiş rəhbərlərə, mən bilmirəm, detallara da varmaq istəmirəm. Anladığım qədəri ilə onları İrəvanda görmək istəmirlər. Hesab edirəm ki, Azərbaycan rəhbərliyi məlum məsələdə, Azərbaycan üçün bütün ərazi məsələləri həll olunduğu vaxtda, humanitar xarakterli mülahizələrə əsaslanacaq”, - deyə Kreml başçısı vurğulayıb. Bu açıqlamanı belə oxumaq olar ki, Rusiya Rubeni müdafiə etməkdə maraqlı görünmür. ABŞ-dan isə hələ ki elə bir səs-küylü reaksiya olmayıb. Deməli, hər iki tərəf agentləri olmuş Rubendən əllərini çəkiblər.
Professor Qabil Hüseynlinin bildirdiyinə görə, Avropa həmişə insan haqlarından çıxış edərək ittiham olunanlara yüngül cəza verilməsini, yaxud həbsdə olanların vaxtın əvvəl azadlığa buraxılmasını amnistiyanın tətbiqi kimi iddialar irəli sürə bilər: “Biz bunu dəfələrlə görmüşük. Bu məsələdə də bəzi davranışlar ola bilər. Amma Gəncə və Bərdəyə ballistik raketlər atılmasına əmr vermiş, Xocalı soyqırımını törətmiş şəxslərin azadığa buraxılması çətin məsələdir. Ona görə həmin şəxslərlə bağlı bizdən tələb irəli sürülməsi əsaslı deyil. Onlar yalnız ağır xəstəlik tapdıqda, ölüm ayağında ölkə prezidentinin iradəsinə uyğun olaraq cəzalarının yerdə qalan hissəsini çəkməkdən azad edilə bilər”.
Siyasi ekspert Turab Rzayevin sözlərinə görə, separatçı-liderlər cəzalarını alacaqlar, onların Ermənistana ekstradisiyası isə indiki mərhələdə görünmür: “Onların içərisində ən maraqlısı Araik və Rubendir. Çünki onların qlobal əlaqələri var. Misal üçün Vardanyanın 30 ölkədə maliyyə institutları var. Sizcə, bir biznesmenin 30 ölkədə maliyyə sistemi olmalıdır? Məntiqlə bir ölkədə bank yaradıb, sonra filiallarını açarsan. Təbii ki, bu mexanizmdə ”çirkli pullar" məsələsi var. Eyni zamanda, silah ticarəti var. İrəvanda “Kalaşnikov” zavodunun açılmasında onun yaxını Qalstyanın əli olub, Bolqarıstan və başqa ölkələrdə silah alveri ilə məşğul olub. Vardanyan Priqojindən daha iriqmiyaslı işlər görüb. Həmçinin, Rubenin Qərbdə və Amerikada əlaqələri üzə çıxır. Məsələn, USAİD rəhbəri Samanta Pauerin adına yaraşmayan mövqeyi oldu, sonra yazdığı postu sildi. Qeyd etmişdi ki, demokratiyanın inkişaf etdiyi vaxtda, vəhşilər sivilizasiya üzərində qalib gəlir. Vəhşi deyəndə kimi nəzərdə tutur? Bunu deyən adam yardım təşkilatının rəhbəridir. Və bildirir ki, ABŞ Azərbaycana hərbi müdaxilə edəcək. Sən kimsən? Sənin missiyanı aqrar sektor, humanitar sahələrə dəstək verməkdir. İndi bəlli olur ki, bunlar niyə əndazəni aşan açıqlamalar verirlər. Demə, onların Vardanyanla əlaqələri olub. Eləcə də ABŞ-dəki liberal dairələrlə təmaslar olub".
Siyasi şərhçi hesab edir ki, digər tərəfdən, Ruben Rusiyanın agenti idi və Qarabağa göndərilməkdə məqsəd Ermənistanda hakimiyyətə gəlməsi üçün tramplin yaratmaq idi: “Bu da alınmadı. Vardanyan, Arutunyan Rusiya Federal Təhlükəsizlik Xidmətinə bağlıdırlar, Ukraynadakı müharibədə Moskvaya dəstək olublar. Amma Ruben bu müharibədə Kiyevi müdafiə edən ABŞ-nin də agentidir. Yəni Donbasda Rusiyaya dəstək olur, paralel isə Amerikada ən liberal qanadla əlaqələri var. Əgər bu respublikaçılarla bağlı olsaydı, Trampı ittiham edərdilər. Məsələ odur ki, indi heç kim Vardanyana sahib çıxmayacaq. Onun bədbəxtçiliyi budur. Ola bilsin ki, müəyyən açıqlamalar görəcəyik, amma bizdən onu tələb edə bilməyəcəklər. Deyə bilməzlər ki, Vardanyanı geri ver”.
Onu da deyək ki, Vardanyanın istintaq dövründə hüquqlarının müdafiəsinin ailəsinin seçdiyi vəkil tərəfindən həyata keçirildiyi qeyd olunub. Ombudsman isə ona baş çəkib. Vardanyan saxlanma şəraitindən razılığını bildirib, ilkin tibbi müayinədən də keçdiyini və səhhətində hər hansı bir problemi olmadığını qeyd edib. Ailə üzvü ilə telefon danışığı, sovqat qəbulu, kitabxanadan istifadə və informasiyaya çatım imkanları təmin olunub.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:7-10-2023, 11:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər