“ABŞ dondurulmuş Rusiya aktivlərinin Ukraynaya verilməsində israrlıdır” – WP
“ABŞ Prezidenti Co Bayden administrasiyasının nümayəndələri Rusiyanın Qərbdə dondurulmuş aktivlərinin Ukraynaya köçürülməsi üçün səylərini artırır”.
Bu barədə “The Washington Post” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Bayden administrasiyasında Qərbə Rusiya aktivlərini Kiyevə kömək üçün yönləndirməyə çağırışlar getdikcə çoxalır.
“ABŞ-ın yüksək rütbəli məmurları Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən milyardlarla dolların Ukraynaya köçürülməsi üçün səylərini artırır”, - deyə qəzet vurğulayır və bunun Qərb vergi ödəyicilərinin vəsaitlərinin hərbi yardım üçün istifadəsinin qarşısının alınması ilə bağlı siyasi maneələrin ortaya çıxması fonunda baş verdiyini bildirir.
Nəşr Rusiyanın dondurulmuş aktivlərindən istifadə cəhdlərinin Qərb ölkələrini hüquqi və maliyyə çətinlikləri ilə təhdid edə biləcəyini etiraf edən ekspertlərin fikrinə də istinad edir.
Bundan əlavə, qəzet vurğulayır ki, dondurulmuş Rusiya vəsaitlərinin Ukraynaya köçürülməsinin ən aqressiv tərəfdarları belə bunun bir neçə ay, hətta bir ildən çox çəkəcəyinə əmindirlər.
“The Washington Post” həmçinin qeyd edir ki, Amerika rəsmilərinin fikrincə dondurulmuş Rusiya aktivlərinin Ukraynaya mümkün transferi Vaşinqtondan Kiyevə iqtisadi və hərbi yardımı əvəz etməməlidir.
Eyni zamanda, bəzi administrasiya rəsmiləri bildirirlər ki, Rusiya Federasiyasının dondurulmuş aktivləri hərbi yardım üçün deyil, yalnız Ukraynanın bərpası üçün istifadə edilə bilər.
Qeyd edək ki, bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken Qərb ölkələrinin Rusiya Federasiyasının dondurulmuş aktivlərinin Ukraynaya köçürülməsi üçün mümkün hüquqi əsasları nəzərdən keçirdiyini bildirmişdi.
Xatırladaq ki, 2022-ci ilin yazından bəri Aİ dəfələrlə Rusiyanın təxminən 300 milyard dollar qızıl-valyuta resurslarını dondurduğunu bəyan etmiş, həmin ilin mayın 12-də isə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bunun mülkiyyət hüquqlarına uyğun olaraq tamamilə yolverilməz olduğunu bildirmişdi.
Paylaş:
Müəllif : Fuad
Tarix:12-10-2023, 16:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər