reklam
Regionxeberlericom.az » Siyasət » Əsirlikdə olan Hüseynin anasından AÇIQLAMA - “Görüntülü danışmağa icazə vermirlər"

reklam

Əsirlikdə olan Hüseynin anasından AÇIQLAMA - “Görüntülü danışmağa icazə vermirlər"


“Gözüm telefonda qalıb, bütün günü həvəslə, həsrətlə zəng gözləyirik. Həmişə ayın tamamında danışdırmırlar, 5-10 gün arxaya atırlar”. Bu sözləri Cebhe.info-ya Ermənistanda əsir götürülən Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovun anası Şəlalə Axundova deyib.

Oğluyla sonuncu dəfə bir ay öncə, sentyabr ayının 11-də danışan ana daha oğlu ilə görüntülü danışığa icazə verilmədiyini bildirib:

“Əvvəllər birbaşa zəng edirdilər, heç bilmirdik. İndi görüntülü danışmırıq deyə qabaqcadan bizə xəbər edirlər ki, filan saatda Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) qərargahında olun. Əgər səhhətimizdə problem varsa, onların nümayəndəsi bizə gəlir. Biz nümayəndənin telefonu ilə adi qaydada, sadə zənglə danışırıq. Daha görüntülü danışmağa icazə vermirlər.

Ancaq videosunu çəkirlər, bizi çağırırlar gedib videosuna baxırıq. Orada uşaq ürək sözlərini deyir, sonra da biz ürək sözlərimizi deyirik, çəkib ona aparırlar. Heç nə, oyun oynayırıq. Deyirəm ki, eybi yox zəngi sizin telefona eləsinlər, oğlumu görə-görə danışaq”.

Şəlalə Axundova oğlunun əsirlikdən tezliklə xilas olacağına ümid edir:

“Zəng, adətən, saat 12-dək olur. Bilmirəm, bəlkə, bu həftə özü gələr”.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.

Aqşin Bəbirov və Hüseyn Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda" ittiham olunaraq həbs ediliblər.

Qondarma məhkəmə prosesində Aqşin Bəbirova 11,5 il, Hüseyn Axundova isə 20 il müddətinə həbs cəzası verilib.





Paylaş:


Müəllif : Tarix:
13-10-2023, 09:23
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər