Səudiyyə Ərəbistanı İsraillə danışıqları dayandırdı – "Bloomberg"
Səudiyyə Ərəbistanı hakimiyyəti ABŞ Prezidenti Co Bayden administrasiyasına İsraillə münasibətləri normallaşdırmaq üçün diplomatik fəaliyyətləri dayandırmaq qərarı barədə məlumat verib.
Bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda Səudiyyə Ərəbistanı rəhbərliyi münasibətləri normallaşdırmaq üçün diplomatik fəaliyyətləri dayandırıb və bununla bağlı öz mövqeyini Amerika tərəfinin diqqətinə çatdırıb. Rəhbərlik bu qərarı bu istiqamətdə diplomatik səylərin sonu deyil, fasilə kimi xarakterizə edib.
Agentlik hesab edir ki, Ər-Riyadın qərarı Prezident Co Baydenin Yaxın Şərqdəki siyasətinə ciddi zərbə kimi qiymətləndirilir. Halbuki, Vaşinqton administrasiyası gərginliyin artmasına baxmayaraq, regionda normallaşma danışıqlarını təşviq etmək niyyətində idi.
Qeyd edək ki, daha əvvəl “Reuters” də mənbələrə istinadən xəbər vermişdi ki, Səudiyyə Ərəbistanı İsraillə münasibətlərin normallaşdırılmasını dayandıracaq və müvafiq danışıqları təxirə salacaq.
Xatırladaq ki, Vaşinqton bu həftə Ər-Riyaddan Fələstinin radikal HƏMAS hərəkatının hərəkətlərini pisləməyi tələb edib, lakin krallığın xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud bunu rədd edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-10-2023, 14:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər