Neft və qaz yataqları, uran mədənləri olmayan Türkiyə niyə hədəfə alınıb?! - SENSASİON İDDİA
“Yaxın Şərqdəki münaqişə yeni mərhələyə qədəm qoyur və hər gün yüzlərlə insanın həlak olduğu bu qanlı savaşın nə vaxt bitəcəyini proqnozlaşdırmaq çətindir. Regional güclərin strateji maraqlarına uyğun həyata keçirilən əməliyyatlar dünya nizamını dəyişməyə hesablanıb”.
Regionxeberlericom.az KONKRET.az-a istinadla xəbər verir ki, türkiyəli jurnalist Levent Yıldız hesab edir ki, hədəf Türkiyədir və bunu hər kəs anlayır: “Amma maraqlı sual yaranır, NATO üzvü olan, neft və qaz yataqları, uran mədənləri olmayan Türkiyə niyə hədəfə alınıb?! Hər kəs bilir ki, dünyadakı neft və qaz yataqları, uran mədənləri olan ölkələr ya imperalistlərin nəzarəti altındadır, ya da imperialistlər oraları öz nəzarətlərinə götürmək üçün mütləq münaqişə yaradıblar.
Amma Türkiyədə bunlar olmasa da, dünya gücləri yenə gözlərini ölkəmizə dikiblər. Niyəsi isə çox maraqlıdır. Bunları anlatmaq üçün yaxın tarixə nəzər salmaq lazımdır. Türkiyədə sonuncu sərnişin təyyarəsinin qəzaya uğramasından 16 il keçir. 57 nəfərin həlak olduğu həmin təyyarə qəzasında toryumun enerjiyə çevrilməsini öyrənən professor Engin Arıq və onun altı nəfərdən ibarət komandası da vardı. Deməli, həmin təyyrarə qəzası təsadüfən baş verməmişdi. Engin Arıq bildirirdi ki, bütün Türkiyənin bir illik enerji tələbatını cəmi 50 ton toryumla ödəmək mümkündür. Xanım professor isbat etmişdi ki,1 ton toryumun enerji tutumu 1 milyon ton neftdən alınan enerji qədərdi. Engin Arıq da Türkiyədəki toryum yataqlarını dünyanın ən zəngin yataqlar olduğunu bildirirdi.
Maraqlıdır ki, Engin Arıq və komandası təyyarə qəzasında həlak olandan sonra Türkiyədə toryumun iqdisadi səmərə verə bilməməsi haqqında kampaniya başladı və bununla bağlı mətbuatda silsilə məqalələr dərc olundu. Yeni “elm adamları” Engin Arıqın dediklərini təkzib etdilər. Az müddət ərzində bütün işlər dayandırıldı. Bizə bu müddət ərzində toryumun zərərləri haqqında danışdılar. Amma bunun Türkiyə iqdisadiyyatına zərbə vurmasını çox gec anladıq. Bir vaxt ayıldıq ki, Çində artıq toryumun istifadəsindən səmərəli istifadə edilir.
Çin rəsmi olaraq nüvə reaktorlarında toryumun istifadəsinə icazə verib. İndi məlum olur ki, ABŞ, Rusiya, Böyük Britaniya, Fransa toryum yataqlarınından tam istifadə etməyə başlayıb. Bəs toryumun önəmi nədir? Məsələ burasındadır ki, Türkiyə toryum ehtiyatlarına görə dünyada ikincidir. İlk sırada Hindistandır və orada toryumdan geniş istifadə olunur. Mütəxəssislər hesab edir ki, bu gün 1 geqabayt enerji əldə etmək üçün üç milyon yarım ton kömür istifadə olunmalıdır. Eyni miqdarda enerji almaq üçün 200 ton uran lazımdır. Amma 1 geqabayt enerji üçün cəmi 1 ton toryum tələb olunur. Deməli, Türkiyənin toryum ehtiyatları ölkənin 12 min illik enerji tələbatını ödəyə bilər.
Türkiyənin sahib olduğu toryum ehtiyatları nəzəri cəhətdən dünyanın elektrik ehtiyaclarını 100 il ödəmək gücündədir. Atom enerjisi üçün lazım olan dünyanın uran ehtiyatları yaxın 50-60 ildə tükənəcək. Toryum ehtiyatları isə dünya enerjisini min illər boyunca təmin etməyə yetər. Bunu elm adamları deyir. Alimlər onu da bildirirlər ki, toryum ehtiyatlarına görə, Türkiyə dünyada ikinci olsa da, hidroelektrikdə istifadə olunan bor ehtiyatalrına görə, birinci yerdədir. Hər iki yeni nəsil enerji mənbəyindən səmərəli istifadə olunarsa, Türkiyə dünyanın ən qabaqcıl enerji istehsal edən ölkəsi olacaq”.
Paylaş:
Müəllif : Yazar
Tarix:19-10-2023, 13:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər