reklam
Regionxeberlericom.az » Siyasət » Prezident: “Azərbaycan kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan xalqları dəstəkləyir”

reklam

Prezident: “Azərbaycan kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan xalqları dəstəkləyir”

“Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan xalqları dəstəkləyir”.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Bakıda keçirilən “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində qeyd olunub.

“Sizin 2023-cü ilin 6 iyulunda Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Bakıda keçirilən Nazirlər Toplantısı zamanı, daha sonra 22 sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyasının qərargahında, bu gün isə yenidən Bakıda bəşəriyyət üçün xüsusi aktuallıq kəsb edən kolonializm, onun fəsadları və neokolonializmlə mübarizəyə həsr olunmuş tədbirdə iştirakınız Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi bu məsələyə göstərdiyi dəstəyinin əyani göstəricisidir.

Neokolonializmlə mübarizə mövzusunun bütün mümkün platformalar vasitəsilə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması olduqca vacibdir. Bu xüsusda, BMT Baş Assambleyasının 4-cü Komitəsinin (siyasi və dekolonizasiya məsələləri) fəaliyyəti daha da canlandırılmalıdır”, - deyə müraciətdə vurğulanıb.

Bakıda keçirilmiş konfransın kolonializm, onun fəsadları və neokolonializmlə mübarizə ilə bağlı qlobal gündəlikdə dayanan çağırışların və imkanların müzakirəsi üçün əlverişli fürsət olduğunun qeyd edildiyi müraciətdə bildirilib:

“İnanıram ki, konfrans çərçivəsində aparılacaq müzakirələr kolonializmə qarşı mübarizə sahəsində birgə səylərin səfərbər olunmasına, bəşəriyyətin rifahı və gələcək nəsillərə “kolonializmdən azad dünya” miras qoymaq məqsədilə yeni ideya və təşəbbüslərin irəli sürülməsinə töhfə verəcək”.




Paylaş:


Müəllif : Tarix:
20-10-2023, 13:34
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər