reklam
Regionxeberlericom.az » Siyasət » İsa Qəmbər böyük siyasətə qayıdır: Məclis sədri anons etdi

reklam

İsa Qəmbər böyük siyasətə qayıdır: Məclis sədri anons etdi















“Müsavat Partiyasında qurultayın vaxtı hələlik təyin olunmayıb. Hansı ayda olacağı müəyyənləşməyib. Müsavat nizamnamə ilə idarə olunan siyasi partiyadır. Qurultaya qədər bütün rayon təşkilatlarında  müşavirələr keçirilməli, Qurultaya nümayəndələr təyin olunmalıdır. Bu, böyük bir prosesdir”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıxlı deyib. 

O, sentyabrda keçirilməsi gözlənilən Müsavat Partiyasının növbəti qurultayının baş tutmamasının səbəblərini izah edib: 

“Ona görə də Nizamnamədə bu proses hələ uzunmüddətlidir. Azərbaycanın bütün bölgələrində Müsavat Partiyasının rayon təşkilatları olduğu üçün bu proses bitdikdən sonra qurultayın vaxtı müəyyənləşəcək.

Başqanlığa namizədliyə gəldikdə, partiyanın Divanında təmsil olunan bütün üzvlər başqanlığa layiqdir. Hələlik kimlərin namizədliyini verib-verməyəcəyi də müəyyənləşməyib. Müsavat Partiyası demokratik partiya olduğu üçün sıravi üzvündən tutmuş hər kəs namizədliyimi verə bilər. Mənim fikrimi bilmək istəyirsinizsə, - bu həm də partiyanın böyük əksəriyyətinin fikridir – bu dönəmdə partiyaya təcrübəli, siyasi cəhətdən hadisələrə düzgün diaqnoz verən, uzaqgörən siyasətçi lazımdır ki, bu da İsa Qəmbərdir”. 

“O ki qaldı Müsavat Partiyasının zəifləməsi iddiasına, bu, çox yanlışdır. Arif Hacılının, İsa Qəmbərin, Gülağa Aslanlının, Mustafa Hacıbəylinin kütləvi informasiya vasitələrində verdikləri müsahibələr ölkədəki ictimai-siyasi hadisələrin yönlənməsində əhəmiyyətli rol oynayır. Müsavat Partiyasının başqanı Arif Hacılının mətbuat vasitəsi ilə verdiyi bir çox təkliflər hakimiyyət tərəfindən yerinə yetirildi və bu dövlətimiz üçün böyük uğur demək idi”, – əlavə edib. 

N. Sadıxlı söyləyib ki, müxalifətin gücü təkcə keçirdiyi mitinqlərdə deyil, həm də seçki zamanı qazandığı uğurlardadır: 

“Müsavat Partiyası olaraq Azərbaycanda keçirilən bütün seçkilərdə iştirak etmişik, demək olar ki, hamısında qalibik. Səslərimiz hakimiyyət tərəfindən mənimsənilsə də, Avropa Məhkəməsindəki qalibiyyətimiz bunun sübutudur. Siyasi partiyanın hədəfi hakimiyyətə gəlməkdir. Müsavat Partiyası olaraq biz hakimiyyətə demokratik yolla gəlmək niyyətindəyik. Böyük ehtimalla, qarşıda referendum və parlament seçkiləri gözlənilir. Müsavat Partiyası da onda öz gücünü göstərəcək. Əminəm ki, bu seçkilərdə də Azərbaycan xalqı hər zaman olduğu kimi, məhz Müsavat Partiyasının arxasında olacaq. 




Paylaş:


Müəllif : Tarix:
20-10-2023, 18:06
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər