reklam
Regionxeberlericom.az » Siyasət » Bayden Putini HƏMAS-la müqayisə etdi – Peskovdan cavab

reklam

Bayden Putini HƏMAS-la müqayisə etdi – Peskovdan cavab


















ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putinin Ukraynaya qarşı hərəkətlərini HƏMAS yaraqlılarının İsrailə qarşı təcavüzü ilə müqayisə edib.

Bu barədə ABŞ Prezidenti xalqa müraciətində bildirib.

“HƏMAS və Putin fərqli təhdidlər yaradırlar, lakin onların bir ortaq cəhəti var: hər ikisi qonşuluqdakı demokratiyanı tamamilə məhv etmək istəyir. Biz Putinin hakimiyyət ehtirası və Ukraynaya nəzarət etmək istəyinin qarşısını almasaq, o, təkcə Ukrayna ilə kifayətlənməyəcək”, - Bayden bildirib.

Putinin sözcüsü Dmitri Peskov Amerika liderinin bəyanatını şərh edib. Rusiya liderinin mətbuat katibi Baydenin Putinə və Rusiya Federasiyasına qarşı tonunun qəbuledilməz olduğunu bildirib:

“Biz Rusiya Federasiyasına münasibətdə və prezidentimizə münasibətdə belə bir tonu qəbul etmirik... Müxtəlif siyasətçilərin, o cümlədən yüksək rütbəli siyasətçilərin və dövlət məmurlarının çıxışlarında böyük emosiya var. Amma bu cür ritorika dövlətlərin məsul liderləri üçün uyğun deyil”.




Paylaş:


Müəllif : Tarix:
20-10-2023, 21:19
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər