reklam
Regionxeberlericom.az » Siyasət » “Baydenin İsrailə səfəri fəlakətli səhvdir”

reklam

“Baydenin İsrailə səfəri fəlakətli səhvdir”

















“ABŞ Prezidenti Co Baydenin çərşənbə günü İsrailə təcili həmrəylik səfəri fəlakətli səhvdir”.

Bu fikri Fələstin Qanunvericilik Şurasının (ölkənin birpalatalı parlamenti) üzvü Mustafa Barquti CBS televiziyasına müsahibəsində bildirib.

“Mən başa düşə bilmirəm ki, ABŞ Prezidenti İsrailə “bəsdir” demək əvəzinə niyə buraya gəlib. Reaksiya vermək istəyirdiniz? Siz reaksiya verdiniz. Siz artıq 4 min fələstinlini öldürmüsünüz. Dayanın. Bunun əvəzinə Bayden İsraili işğala sövq edir”, - Fələstin Milli Təşəbbüs qrupunun rəhbəri deyib.

Baydenin İsrailə səfərini fəlakətli səhv hesab edib-etməməsi sualına cavab verən deputat vurğulayıb:

“Bu, üç səbəbə görə fəlakətlidir. Birincisi, bu, siyasi və diplomatik baxımdan böyük uğursuzluq idi. Dediyim kimi, israillilərdən başqa heç kim onunla görüşmək istəmir. İkincisi, bu, strateji səhvdir, çünki o, ABŞ-ı müharibə cinayətlərinin baş verdiyi çox təhlükəli zonaya çəkir. Üçüncüsü, ona görə ki, bu, sülh prosesinin olmaması vəziyyətini davam etdirir”, - Barquti əlavə edib.

Deputatdan Fələstin-İsrail münaqişəsinin həllinə necə baxdığı soruşulub.

“Yalnız bir ssenari var, başqa ssenari yoxdur. Hazırda İsrailin Baş naziri Benyamin bu müharibə cinayətlərini törətməyə sövq etməkdə iştirak edən Qərb liderlərinin davranışında dərhal dəyişiklik olmaldır”, - o suala cavab verib.

Qeyd edək ki, oktyabrın 18-də ABŞ Prezidenti Co Bayden İsrailə bir günlük təcili həmrəylik səfəri üçün Təl-Əviv gəlib. O yəhudi dövlətinin hərbi-siyasi rəhbərliyi, o cümlədən Baş Nazir Benyamin Netanyahu ilə bir sıra görüşlər keçirib. Bundan sonra Amerika liderinin İordaniya Kralı II Abdullah, həmçinin Fələstin Prezidenti Mahmud Abbas və Misir lideri Əbdülfəttah əs-Sisi ilə danışıqlar aparmağı planlaşdırılırdı. Lakin Qəzzada Əl-Əhli xəstəxanasına edilən hücumdan sonra bu görüşlər təxirə salındı.





Paylaş:


Müəllif : Tarix:
22-10-2023, 22:07
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər