Türk Dövlətləri Təşkilatında gömrük rüsumları ləğv edilir? - Ekspert danışır...
Rusiya və İran arasında yeni razılıq əldə olunub.
Belə ki, 2024-cü ilin mart ayına qədər iki ölkədən idxal olunan mallar üçün rüsumları aradan qaldırmağa razılaşıblar. Bu barədə İran-Rusiya Birgə Ticarət Palatasının üzvü Kambiz Merkazemi açıqlama verib. Onun sözlərinə görə, azad ticarət sazişinin həyata keçirilməsi üçün infrastruktur İran və Rusiya danışıqlarında yüksək səviyyəli qarşılıqlı anlaşma sayəsində sürətli templə yaradılır.
Maraqlıdır, Azərbaycan hansısa ölkə ilə gömrük rüsumunu ləğv edibmi və ya gələcəkdə bu addım atıla bilər?
Mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən iqtisadçı alim Fuad İbrahimov bildirib ki, Azərbaycan heç bir ölkə ilə gömrük rüsumlarını ləğv etməyib:
“Türkiyə ilə Azərbaycan arasında bəzi məshullara demək olar ki, gömrük tarifləri tətbiq olunmur. Amma qardaş ölkə ilə də gömrük rüsumlarını tamamilə aradan götürməmişik. İki ölkə arasında ticarət dövriyyəsinin artırılması çərçivəsində müəyyən məhsul qrupu var ki, onlara sıfır gömrük dərəcəsi tətbiq edirik.
Məsələn, bu gün taxıl məhsulları və istənilən ölkədən gələn kənd təsərrüfatı texnologiyaları gömrük rüsumundan azaddır. Bu, ölkəyə deyil, məhsullara şamil edilir. İranla Rusiya arasında olan isə fərqli məsələdir. Onlar bu addımı atmaqla aralarındakı ticarəti stimullaşdırmaq istəyirlər”.
Ekspert qeyd edib ki, Azərbaycanın hansısa ölkə ilə gömrük rüsumlarını ləğv etməsi üçün mütəffiqlik olmalıdır:
“Məsələn, gələcək perspektivdə buna Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində baxıla bilər. Həmçinin, qardaş Türkiyə ilə gömrük rüsumlarını aradan qaldıra bilərik. Amma gömrük tarifləri elə bir məfhumdur ki, gərək ona başqa cür yanaşaq. Yəni gömrük tarifləri ilə ilk növbədə daxili istehsalatımızı qorumalıyıq.
Əgər gömrük rüsumlarını tamamilə ləğv etsək, idxal olunan məhsullar istehsal olunan məhsulları məhv edər. Ona görə də bu addımı atmaq olmaz. Yəni gömrük tarifləri və rüsumları siyasətində bir az diqqətli olmaq lazımdır. Amma gələcəkdə bəzi ölkələrə bu addımın atılması istisna olunmur”.
Paylaş:
Müəllif : Yazar
Tarix:23-10-2023, 13:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər