reklam
Regionxeberlericom.az » Siyasət » İrandan Ermənistana dəstək - “Zəngəzur dəhlizinin əleyhinəyik”

reklam

İrandan Ermənistana dəstək - “Zəngəzur dəhlizinin əleyhinəyik”


“Ermənistan İran üçün çox önəmlidir”.

Bunu İranın yollar və şəhərsalma naziri Mehrdat Bəzrpaş İrəvanda jurnalistlərlə söhbətində deyib.

Onun sözlərinə görə, Ermənistan Şimal-Cənub dəhlizi çərçivəsində əsas rol oynaya bilər. Eyni zamanda, nazir qeyd edib ki, İran Azərbaycanın Zəngəzur dəhlizi ideyası ilə razılaşmır.

“Zəngəzur dəhlizi ilə razı olmadığımızı dəfələrlə bəyan etmişik, Azərbaycanın müxtəlif rəsmiləri ilə görüşlərdə də bunun əleyhinə olduğumuzu bildirmişik. Bizim siyasətimiz Qafqazda sülhə əsaslanır və biz hər cür xarici müdaxiləni pisləyirik. İnanırıq ki, region ölkələri ən yaxşı qərarları özləri verə biləcəklər”, - Bəzrpaş vurğulayıb.

Nazir söyləyib ki, İran həmişə (işğal dövründə olduğu kimi - red.) Ermənistanın ərazi bütövlüyünü dəstəkləyib və bundan sonra da dəstəkləyəcək: “İki ölkə arasında yaradılan infrastrukturlar qonşu ölkələr arasında sabit sülhün bərqərar olmasına yönəlib”. //Teleqraf.com//




Paylaş:


Müəllif : Tarix:
23-10-2023, 17:20
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər