reklam
Regionxeberlericom.az » Siyasət » "Zəngəzur dəhlizinin reallaşması ilə bağlı ortaya konkret iradə qoyulmalıdır" - BAŞQA YOLU YOXDUR...

reklam

"Zəngəzur dəhlizinin reallaşması ilə bağlı ortaya konkret iradə qoyulmalıdır" - BAŞQA YOLU YOXDUR...


Bu gün İranın paytaxtı Tehranda xarici işlər nazirlərinin iştirakı ilə “3+3” formatında ikinci görüş keçirilir. Görüşdə siyasi, iqtisadi, təhlükəsizlik, nəqliyyat, enerji sahələrində regional əməkdaşlıq məsələləri müzakirə ediləcək. Eyni zamanda Azərbaycanla Ermənistan arasında sülh və normallaşma prosesinin cari vəziyyətindən də danışılacaq. "3+3" formatına Gürcüstan, Ermənistan, Azərbaycan, Rusiya, İran və Türkiyə daxildir.

Məlumata görə, politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına “3+3” görüşünün əhəmiyyətindən danışarkən bildirib ki, bu, bütövlükdə regionun dirçəldilməsinə xidmət edən çox önəmli lahiyələrdən biridir.

“Azərbaycan prezidenti İlham Əliyev tərəfindən təklif edilən daha sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən bu təklifin gücləndirilməsi ilə gündəmə gələn layihə bölgənin taleyini dəyişəcək. Uzun müddət idi ki, Azərbaycan bu layihənin təkcə siyasi deyil, həm də iqtisadi və bir çox sahələr üzrə əhəmiyyətini dəfələrlə vurğulayıb. Lakin buna baxmayaraq Azərbaycanın da bu məsələdə bütün prinsipal rəylərinə və mövqeyinə rəğmən bu “3+3” formatı 6 ölkəni əhatə etdiyi üçün 5 ölkənin müxtəlif rəhbər şəxslərinin, müxtəlif məmurlarının vaxtaşırı bir araya gəlməsi məsələsi bir qədər çətin olur. Amma istənilən halda bu formatın daha işlək daha yaxşı olmasını təmin etmək üçün “3+3” çərçivəsində, “3+3”-ə daxil olan ölkələrin rəhbərlərinin və başqa vəzifəli şəxslərinin görüşlərinin daha tez-tez keçirilməsi lazımdır” deyən politoloq, görüşdən gözləntilərin çox olduğunu qeyd edir. Onun sözlərinə görə, “3+3” görüşündə bu formatda olan ölkələrin mövqelərində müəyyən fərqlər olsa da, Zəngəzur dəhlizinin reallaşması ilə bağlı ortaya konkret iradə qoyulmalıdır.

Politoloq hesab edir ki, çoxluğun bu formatda fikirləri müəyyən düşüncə ayrılıqlarının da aradan qalxmasına səbəb olacaq. İsmayılovun fikrincə, “3+3” formatındakı bu görüşlər gələcəkdə Türkiyə, Azərbaycan, Ermənistan, Rusiya, İran və Gürcüstanın qatıldığı yeni bir təşkilatın yaranmasına da səbəb ola bilər.





Paylaş:


Müəllif : Tarix:
23-10-2023, 17:52
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər