reklam
Regionxeberlericom.az » Siyasət » ABŞ "3+3" formatı çərçivəsində Tehranda keçirilən görüşü alqışlayır - Miller

reklam

ABŞ "3+3" formatı çərçivəsində Tehranda keçirilən görüşü alqışlayır - Miller


















ABŞ Dövlət Departamenti "3+3" formatı çərçivəsində Azərbaycan, Türkiyə, Ermənistan, Rusiya və İran xarici işlər nazirlərinin Tehranda keçirilən görüşünü alqışladığını bəyan edib.

Departamentin mətbuat katibi Metyu Miller keçirdiyi brifinqdə qeyd edib ki, ABŞ harada keçirilməsindən asılı olmayaraq, Cənubi Qafqazda sülh və sabitliyə töhfə verməyi hədəfləyən istənilən görüşü alqışlayır.

“Biz bu danışıqların harada keçirilməsindən və ya ona kimin ev sahibliyi etməsindən asılı olmayaraq, Cənubi Qafqaz xalqları üçün sülh və sabitliyə töhfə verən istənilən xoşniyyətli iştirakı alqışlayırıq. Yeri gəlmişkən, biz İran və Rusiya ilə əlaqədar Cənubi Qafqazın həssas coğrafi mövqeyini tanıyırıq, lakin biz bu ölkələri etibarlı tərəfdaş kimi görmürük”, - Miller deyib. //APA//




Paylaş:


Müəllif : Tarix:
24-10-2023, 10:03
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər