reklam
Regionxeberlericom.az » Siyasət » Moskva və Brüsseldə alınmır: - Sülh müqaviləsi Gürcüstanda imzalanacaq?

reklam

Moskva və Brüsseldə alınmır: - Sülh müqaviləsi Gürcüstanda imzalanacaq?


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında bu ayın axırı keçirilməsi gözlənilən Brüssel görüşü ləğv olunub.

Digər tərəfdən, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Moskva münaqişənin həllinə kömək etmək üçün Bakı və İrəvanla dialoqu davam etdirir, lakin hələlik ciddi irəliləyiş yoxdur.

Maraqlıdır, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi Brüssel və ya Moskvada imzalanmasa, harada imzalana bilər? Məsələn, bu, Gürcüstan ola bilərmi?

Mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, təəssüf ki, Brüssel görüşü təxirə salındı:

“Bu, Ermənistanın və onun bacısı Fransanın tərəflər arasındakı münasibətlərin normallaşması üçün aparılan prosesi sabotaj və boykot etməsinin nəticəsidir. Məhz onların qərəzli davranışlarının, bəyanatlarının və təxribatlarının nəticəsində Brüssel görüşü ləğv olundu. Hazırda Ermənistan Moskva görüşünə o qədər həvəsli və maraqlı görünmür.

Avropa və Fransanın davranışları isə Brüssel görüşünün təxirə salınmasına səbəb olur. Beləliklə, Ermənistan və onun havadarları, xüsusən də Fransa bölgədə gərginliyin artması ilə bağlı maraqlarını təmin etməkdədir. Azərbaycan sülh və sabitlik istədiyi halda, Ermənistan davranışları gərginliyə gətirib çıxarır”.

Ekspert Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsinin Gürcüstanda imzalanması ehtimalı barədə danışıb:

“Hesab edirəm ki, Azərbaycan üçün sülh müqaviləsinin hansı şəhərdə imzalanmasının əhəmiyyəti yoxdur. Azərbaycan Prezidenti İlham Əliyev də Tbilisidə danışıqların aparılmasını təklif edib. Yəni bu, bizim üçün mümkün variantdır. Sadəcə olaraq bunun baş tutması üçün Moskva, Brüssel və Vaşintqonun bu varianta müsbət yanaşması lazımdır.

Ermənistan da danışıqların Tbilisi də keçirilməsinə və sülh müqaviləsinin orada imzalanmasına həvəs göstərməlidir. Lakin rəsmi İrəvanın buna həvəsli olmadığı görünür. Ona görə də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin Gürcüstanda imzalanmayacağı qənaətindəyəm. Rəsmi İrəvanın bu davranışlarını davam edəcəyi təqdirdə Tiblisidə hansısa danışıqların keçirilməsi belə mümkünsüzdür”.




Paylaş:


Müəllif : Tarix:
25-10-2023, 17:10
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər