reklam
Regionxeberlericom.az » Siyasət » "Vətən müharibəsində İsrail bizə dron verəndə, Ermənistan üçün gələn silaha İran "qapı"sını açırdı"

reklam

"Vətən müharibəsində İsrail bizə dron verəndə, Ermənistan üçün gələn silaha İran "qapı"sını açırdı"


Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 23-də Tehranda İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb. Görüşdə Azərbaycan və İran arasında gündəlikdə duran əsas məsələlər, Azərbaycan-Ermənistan normallaşma və sülh prosesinin perspektivləri, habelə bölgədəki cari vəziyyət barədə fikir mübadiləsi aparılıb. Görüş barədə müxtəlif KİV-lər müxtəlif fikirlər irəli sürür.

Politoloq Samir Hümbətov Bizimyol.info xəbər portalına açqlamasında bildirib ki, Qərbin Azərbaycana qarşı münasibəti necədirsə, İranın Azərbaycana qarşı münasibəti heç də ondan fərqlənmir. Və yaxud Rusiyanın Azərbaycana qarşı münasibəti necədirsə, İranın da Azərbaycana qarşı münasibəti ondan fərqlənmir.

“Bizim üçün kimin nə deməsi yox, kimin nə etməsi önəmlidir. Tarixə baxdıqda ən yeni tariximizə, yəni son 30 ildə tariximizə baxdıqda biz nəyi görürük? Görürük ki, Birinci və İkinci Qarabağ savaşı arasında olan müddətdə İsrailin Azərbaycana münasibəti necə olub və İranın Azərbaycana münasibəti necə olub. Düzdür, Rəisi bəzi "ümidverici" sözlər işlədə bilər. Biz onun indi rəhbərlik etdiyi dövlətin Azərbaycana münasibətinin necə olduğunu son bir ildə biz aydın şəkildə görmüş olduq. Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror hücumu və onun günahkarının cəzalandırılmaması, eyni zamanda İranın Azərbaycana "əzələ" nümayiş etdirmək üçün sərhəddə qoşun yığması və “Ermənistanın ərazi bütövlüyü bizim qırmızı xəttimizdir” - deməklə yanaşı, 30 il Azərbaycanın tarixi ərazisinin işğalına göz yumması da göz önündədir”-deyə politoloq bildirib.

Samir Hümbətov hesab edir ki, siyasətdə müasir dövrdə real pratik siyasət daha önəmlidir. Rəisinin söylədiyi fikirlərin hamısının düz olduğunu düşünmədyini deyən politoloq, deyilən sözlərə deyil, real davranışlara önəm verilməsinin əhəmiyyətli olduğunu deyir.

“İsrailin bizə etdiyi yaxşılıqlar var və dəstək İrandan gəlməyib. Bəlkə də gəlibsə də, çox az miqdarda olub və hansısa məqsədə xidmət edib. İkinci Qarabağ savaşında bizim Ermənistanı və erməni faşizmini məğlub etməyimizdə İsrail dronlarının köməyi olub. Həmin dövrdə Rusiyadan gələn silah-sursat və hərbi texnika, məhz İran üzərindən Ermənistana daşınırdı. Bu isə, bizə qarşı istifadə olunurdu. Ötən ilin oktyabr-noyabr ayında İran Ermənistana 600 ədəd tank əleyhinə roket sistemi verib. Bu səbəbdən də, Rəisinin dediyi sözlərin Azərbaycana hansısa formada təsiri ola biləcəyini düşünmürəm. Çünki Azərbaycan o siyasəti yaşayıb, o tarixi yaşayıb, görüb”-deyə Samir Hümbətov əlavə edib.

Politoloq bildirib ki, Azərbaycan prezidenti cənab İlham Əliyevin tutduğu xarici siyasət strategiyası çox düzgün və doğru bir siyasətdir. Prezident hansı dövlətin Azərbaycana qarşı münasibətinin necə olduğunu yaxşı bilir.




Paylaş:


Müəllif : Tarix:
25-10-2023, 17:11
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər