reklam
Regionxeberlericom.az » Siyasət » Qafarov Feyruz Hüseyn oğlu  

reklam

Qafarov Feyruz Hüseyn oğlu  
















Aleksey Overçuk Azərbaycan və İran arasında, Ermənistan ərazisindən yan keçməklə, İran ərazisindən keçən dəmir yolunun tikintisi layihəsini şərh edib.

RegionXəbərləricom.az Interfax-a istinadla xəbər verir ki, Rusiya baş nazirinin müavini bildirib:

“Şimal-Cənuba gəlincə, burada qarşılıqlı əlaqə tamamilə normaldır. Bundan əlavə, bilirsiniz ki, Azərbaycan və İran faktiki olaraq, Ermənistandan yan keçməklə, Araz çayının cənub sahili ilə uzanacaq avtomobil yolunun tikintisinə başlayıblar və faktiki olaraq İran ərazisindən keçən dəmir yolunun tikintisinə dair memorandum imzalayıblar".

O qeyd edib ki, yeni dəhliz uzunluğuna görə Zəngəzurdan keçən yoldan bir qədər fərqlənir: “Ermənistan ərazisindən keçən dəmir yolunun 42 km olacağı təxmin edilirdi, bildiyimə görə, İran ərazisindən keçən dəmir yolu təxminən 50 km-dir, bütün fərq budur: Bundan başqa, 8 km-lik 2 körpü olacaq".

Overçuk Ermənistanın Mehri şəhərindən keçən yolun tikintisi vasitəsilə Şimal-Cənub layihəsində iştirakı məsələsini də şərh edib. Onun sözlərinə görə, layihənin bir hissəsi kimi Zəngəzur bölməsi hazırda Ermənistan tərəfindən dəqiq mövqe olmadığına görə nəzərdən keçirilmir.

“Ermənistan hazırda Şimal-Cənub dəhlizinin bir hissəsi deyil. Hələlik onlar Mehridən keçən yol ilə bağlı yekun mövqe formalaşdırmayıblar”.




Paylaş:


Müəllif : Tarix:
26-10-2023, 15:56
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər