reklam
Regionxeberlericom.az » Siyasət » Türkiyə İsrailin Ərdoğana qarşı ittihamlarını rədd etdi

reklam

Türkiyə İsrailin Ərdoğana qarşı ittihamlarını rədd etdi


















Türkiyə İsrail hakimiyyətinin nümayəndələrinin ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı antisemitizm ittihamlarını qətiyyətlə rədd edib.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi sosial şəbəkə hesabında bəyanat yayıb.

“Bəzi İsrail rəsmilərinin Qəzza zolağında dinc Fələstin əhalisinə qarşı vəhşicəsinə törədilən qətliamı ört-basdır etmək ümidi ilə təhrif və böhtanlarla gündəmi dəyişmək cəhdləri nəticə verməyəcək. Bəşəriyyətə qarşı cinayət törədən bu məmurların BMT-ni, BMT-nin baş katibini və Türkiyə prezidentini hədəfə almaları onların acizliyinin bariz göstəricisidir. Biz İsrail hakimiyyətini Qəzza sakinlərinin tamamilə məhv edilməsinə yönəlmiş vəhşiliyə son qoymaq üçün atəşkəs çağırışlarına təcili şəkildə qulaq asmağa çağırırıq”, - bəyanatda deyilir.

Xatırladaq ki, oktyabrın 28-də İstanbulda Fələstinə dəstək üçün mitinqində çıxış edən Türkiyə lideri Ankaranın “İsraili hərbi cinayətkar elan edəcəyini” deyib. Bundan sonra İsrailin xarici işlər naziri Eli Koen bəyan edib ki, ölkəsi ikitərəfli münasibətləri yenidən nəzərdən keçirmək üçün dərhal Türkiyədən diplomatlarını geri çağırır.




Paylaş:


Müəllif : Tarix:
29-10-2023, 10:42
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər