reklam
Regionxeberlericom.az » Siyasət » Hindistanın antiAzərbaycan MÖVQEYİ... - Erməniləri gücləndirirlər...

reklam

Hindistanın antiAzərbaycan MÖVQEYİ... - Erməniləri gücləndirirlər...


Hindistan ordusunun istefada olan generalı Aşok Kumar Ermənistana təkcə peşəkar hərbi təlimatçıların deyil, həm də məhdud hərbi kontingentin göndərilməsini təklif edib. Regionxeberlericom.az axar.az-a istinadla xəbər verir ki, bu barədə general “Firstpost.com” saytında dərc olunan məqaləsində bildirib.

Kumar yazıb ki, Bakı ilə İrəvan arasında sülh sazişinin qaçılmaz olmasına baxmayaraq, Ermənistanın milli maraqlarını qorumaq üçün güclü orduya ehtiyacı var və Hindistan bu işdə “ən səmərəli şəkildə” kömək etməyə hazırdır:

“Silahlı qüvvələrin strukturu, təşkili, komandanlıq və nəzarət sistemi, hərbi əməliyyatların texnikası, doktrinası və taktikası, eləcə də ordunun ruhu daha önəmlidir: Bəlkə də bu səbəblər Ermənistanın 1994-cü ildə başa çatan Birinci Qarabağ müharibəsində qalib gəlməsini şərtləndirmişdi.

Ona görə də Ermənistanın müdafiə qüvvələrinin güclü və zəif tərəflərini yenidən qiymətləndirməsi zəruridir. Bu, onlara təkmilləşdirməyə ehtiyacı olan sahələri müəyyən etməyə kömək edəcək. Yaxşı olar ki, Ermənistan hansısa etibarlı ölkənin köməyindən öz müdafiə qüvvələrini gücləndirmək, o cümlədən onları döyüşə hazır vəziyyətə gətirmək üçün istifadə etsin. Və Hindistan Ermənistanda “Hindistan Ordusunun Təlim Qrupu (IATT)” yaratmaq üçün seçim ola bilər”.

Kumarın fikrincə, IATT təlimatçılarının Ermənistanda yerləşdirilməsi bir neçə səbəbə görə vacibdir ki, bunlardan biri də Ermənistanın həm Naxçıvan, həm də Azərbaycanın əsas ərazisi ilə həmsərhəd olmasıdır. Ona görə də Zəngəzur dəhlizində hərbi əməliyyatlar başlasa, Ermənistan iki cəbhədə vuruşmalı olacaq:

“Dünyada indiki coğrafi münaqişədə Ermənistana kömək etmək üçün Hindistandan yaxşı ölkə ola bilməz”.

Kumar bir neçə ölkədə öz strukturlarını qurmuş və bunu Ermənistanda uğurla həyata keçirə bilən IATT təlimatçılarının “təcrübəsindən” bəhs edib. Generalın sözlərinə görə, Hindistan və Ermənistanın milli maraqları üst-üstə düşdüyü üçün İrəvandan hərbi dəstək üçün istənilən müraciət Dehlidə müsbət qarşılanmalıdır.

Kumar iddia edib ki, IATT-nin dəqiq strukturu, rolu və məqsədləri iki ölkə arasında qarşılıqlı məsləhətləşmələr əsasında müəyyən edilsə də, bəzi komponentlər aşağıdakı kimi ola bilər:

- struktur Ermənistanın tələb etdiyi hərtərəfli dəstəyi təmin etmək üçün adekvat olmalıdır;

- Ermənistan istəsə, bu qrup da Ermənistanın müdafiə qüvvələrini silahlandırmaq üçün güc strukturu və texnika təklif edə bilər. Ermənistanın üzləşdiyi təhlükələrin dərk edilməsinə uyğun olaraq, onlara hərtərəfli və qətiyyətlə cavab vermək üçün strukturlar mümkün qədər səfərbər edilməlidir.

Aşok Kumar xatırladıb ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən Rusiyanın silah ixracatı imkanları xeyli azalıb və bu vəziyyətdə Hindistan Ermənistanın müdafiə qüvvələri üçün müdafiə avadanlığının əsas təchizatçılarından birinə çevrilir:

“Ermənistanın tələbi ilə IATT təlimatçıları bütün mümkün sahələr üzrə zabitlər, eləcə də hərbi mütəxəssislər yetişdirə bilərlər, optimal nəticələr əldə etmək üçün onlar Ermənistan Müdafiə Qüvvələrinin təlim infrastrukturu və təlimatçıları ilə əməkdaşlıq edəcəklər. Xüsusilə, pilotsuz təyyarələr və s. kimi avadanlıqlar üzrə təlim keçilməlidir”.

General İATT-nin Ermənistan ordusunun real döyüş şəraitində hərtərəfli hazırlığının təşkilində iştirak etməsini də vacib sayıb.




Paylaş:


Müəllif : Tarix:
3-11-2023, 08:58
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər