“Netanyahu artıq həmsöhbətimiz deyil” – Ərdoğan
“İsrailin Qəzza zolağındakı hərəkətlərindən sonra İsrailin baş naziri Benyamin Netanyahunu özünə həmsöhbət kimi qəbul etmirəm”.
Yeniavaz.com TRT Haber-ə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtı Astanada təşkil edilən Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu Zirvəsindən qayıdarkən jurnalistlərə deyib.
“Hazırda (İsraillə) heç bir əlaqəm yoxdur. Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın İsrail tərəfi ilə əlaqə saxlayır. Təbii ki, Fələstin və HƏMAS-la da əlaqə saxlayır. Bunu deyə bilərəm, Netanyahu artıq bizim üçün həmsöhbət kimi qəbul oluna bilən bir şəxs deyil. Onu sildik, atdıq”, - Ərdoğan bildirib.
Türkiyə Prezidentinin sözlərinə görə, Yaxın Şərqdəki vəziyyətə görə məsuliyyət İsrailin baş naziri Netanyahunun üzərinə düşür.
Paylaş:
Müəllif : Fuad
Tarix:4-11-2023, 16:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər