reklam
Regionxeberlericom.az » Siyasət » Ərdoğandan CHP-dəki sədr dəyişikliyi ilə bağlı ilk açıqlama

reklam

Ərdoğandan CHP-dəki sədr dəyişikliyi ilə bağlı ilk açıqlama

















Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin aparıcı müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasındakı (CHP) sədr dəyişikliyi barədə danışıb.

O, bu barədə Rizə vilayətindəki açılış mərasimində danışıb.

Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci Növbədənkənar Qurultayında namizədlərin Xalqların Demokratik Partiyasının (HDP) həbsdə olan sabiq həmsədri Səlahəddin Dəmirtaş və biznesmen Osman Kavalaya salam göndərmələrini sərt tənqid edib:

“Bay-bay Kamal (Kamal Kılıçdaroğlu – red.), kimə bay-bay dedi? Ədirnədəki terror lideri Dəmirtaşa bay-bay dedi, Kavalaya bay-bay dedi? Bəs digəri (Özgür Özəl) kimə salam göndərdi? O da, həmçinin Səlahəddin Dəmirtaşa, Kavalaya salam göndərdi. Al birini, vur digərinə. Bunlar terror təşkilatları ilə eyni yolu gedirlər. 12-13 seçkidə uduzdun. Onların yanında idin. Qalib olan, sən də onlarla idin”.

Qeyd edək ki, bu gecə CHP-nin 38-ci Növbədənkənar Qurultayında keçirilən səsvermənin ikinci turunda Manisa millət vəkili Özgür Özəl 812 səs toplayaraq CHP-nin yeni sədri seçilib. Sabiq sədr Kamal Kılıçdaroğlu isə 536 səs toplaya bilib.




Paylaş:


Müəllif : Tarix:
5-11-2023, 16:21
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər