Ermənilərin UKRAYNA QISQANCLIĞI... - AXI NİYƏ?
“Ukrayna prezidenti yenə Azərbaycana minnətdarlığını bildirib” – bu, erməni saytlarının növbəti kinayəli başlığıdır. Yəni demək istəyirlər ki, axı Ermənistanın baş naziri Nikol Paşinyan Ukrayna prezidenti Volodimir Zelenskinin əlni sıxdı və bunun fotolarını yaydı, həyat yoldaşı Anna Akopyanı Kiyevdə keçirilən konfransa göndərdi, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Maltada Ukrayna ilə bağlı foruma qatıldı. İrəvan bütün bunlara görə Kremllə münasibətləri daha da gərginləşdirməsinə rəğmən, Volodimir Zelenski niyə azərbaycanlı həmkarı İlham Əliyevə minnətdar olub? Bu cür başlıqları saytlarında yayınlayan ermənilər anlamaq istəmirlər ki, əl sıxmaqla, foto çəkdirməklə və konfransda iştirak etməklə iş bitmir, Ermənistan ağır vəziyyətdə olan Ukraynaya indiyənə qədər hansı yardımı edib? Azərbaycan Ukraynaya milyonlarla dollar dəyərində elektrik avadanlılqarı göndərib ki, qışda ukraynalılar istiliklə təmn olunsunlar, yanacaq göndərib ki, təcili yardım və yanğınsöndürən maşınları çalışsınlar, valideynlərini itirən ukraynalı uşaqlar Bakıya gətirilərək istirahətləri və psixoloji reabilitasiyaları həyata keçirilib ki, normal həyata qayıda bilsinlər və bu proses bu gün də davam edir. Ermənistan bunların heç birini etmədiyi halda Zelenski Ermənistana niyə minnətdar olmalıdır?
Elxan Şahinoğlu
Təqdim etdi: DİA.AZ (Ərsoyun Bloqu)
Paylaş:
Müəllif : Yazar
Tarix:10-11-2023, 09:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər