Ermənistandakı əsir hərbçilərimizin anaları: - “Daha dözə bilmirik”
Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgərləri - Aqşin Bəbirov və Hüseyn Axundov sonuncu dəfə oktyabrın 19-da ailələri ilə əlaqə saxlayıblar.
Bəs indi onlar barəsində hansı yenilik var? Ailələri ilə o vaxtdan sonra yenə əlaqə yaradıblarmı?
Modern.az-ın əməkdaşı bu suallarla əsirlikdə olan əsgərlərin analarına müraciət edib.
Hüseyn Axundovun anası Şəlalə Axundova saytımıza açıqlamasında uzun müddətdir ki, oğlu ilə əlaqə saxlaya bilmədiyini bildirib:
“Oğlumdan yeni heç bir xəbər yoxdur. Keçən ayın 19-da danışmışdıq. Ondan bu yana övladımla məni danışdırmayıblar. "Qızıl Xaç"dan deyirlər ki, Ermənistandan oğlumla danışıq üçün icazə verilməsini gözləyirlər".
Şəlalə Axundova dövlət qurumlarının oğlunun məsələsini diqqətdə saxlayacağına ümid edir.
"Bir-iki günə Hikmət müəllimin da qəbuluna düşmək istəyirik”, - o bildirib.
Əsirin anası mənəvi baxımdan artıq çökdüyünü söyləyib:
“İnanırsınız ki, artıq çökmüşəm... Bütün günü gözümüz internetdə, televiziyada qalır. Təzə bir xəbər alacağımı həyəcanla gözləyirəm”.
Aqşin Bəbirovun anası Dürdanə Bəbirova da oğul həsrətinin onu qəhərə boğduğunu söyləyib:
“Ermənistan bizim günahsız övladlarımızı əsir saxlayır. Həbsxanada əziyyət çəkən oğlum üçün çox darıxıram. Daha bu ayrılığa dözə bilmirəm. Tez bir zamanda oğlum Aqşinin azad edilib Vətənə qaytarılmasını istəyirəm”.
Dürdanə Bəbirova oğlundan uzun müddətdir xəbər ala bilmədiyini vurğulayıb:
“Axırıncı dəfə oktyabrın 19-da əlaqə saxlaya bilmişdik. O vaxtdan sonra heç bir əlaqəmiz olmayıb. Bizə "Qızıl Xaç"dan yeni məlumat verməyiblər. Əlacsız vəziyyətdə qalmışam".
Paylaş:
Müəllif : Yazar
Tarix:13-11-2023, 22:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər