“Lukaşenko Paşinyana tələsik qərarlar verməməyi təklif etdi”
Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanın Baş naziri Nikol Paşinyanın Minskdə keçiriləcək KTMT sammitində iştirakdan imtina etməsinə sakit reaksiya verib və tələsik qərarlar qəbul etməməyi təklif edib.
Bu barədə “RİA Novosti”yə Belarus dövlət başçısının mətbuat katibi Natalya Eysmont bildirib.
Qeyd edək ki, Ermənistanın baş naziri prezident Lukaşenko ilə telefon danışığında noyabrın 23-də Minskdə keçiriləcək KTMT sammitində iştirak edə bilməyəcəyi barədə məlumat verib.
“Belarus prezidenti Ermənistanın baş nazirinin sammitdə iştirakdan imtina etməsinə sakit reaksiya verdi. Anlayaraq ki, bu, istənilən dövlətin liderinin öz işidir. Dəvət digər dövlət başçılarına olduğu kimi Ermənistanın baş nazirinə də ünvanlanıb. Rusiya prezidenti, məsələn, telefon danışığı zamanı dəvəti qəbul etdi.
Öz təcrübəsinə və oxşar situasiyalarda bəzi digər tanınmış siyasətçilərin hərəkətlərinə əsaslanaraq, prezident Lukaşenko Ermənistanın baş nazirinə tələsməməyi, tələsik qərarlar verməməyi, parçalanmağa yönələ biləcək növbəti addımları ciddi şəkildə nəzərdən keçirməyi təklif etdi”, - mətbuat katibi qeyd edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-11-2023, 23:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər