reklam
Regionxeberlericom.az » Siyasət » Tramp prezidentliyə namizəd ola biləcək? – Məhkəmə qərar verdi

reklam

Tramp prezidentliyə namizəd ola biləcək? – Məhkəmə qərar verdi

















Miçiqan məhkəməsi ABŞ-nin keçmiş prezidenti Donald Trampın 2021-ci ildə Konqres Binasına hücumdakı roluna baxmayaraq, prezidentliyə namizəd ola biləcəyinə qərar verib.

Bu barədə “Associated Press” agentliyi məlumat yayıb. Məlumata görə, keçmiş Amerika lideri ştatın ilkin seçki bülletenində qalacaq. Hakim Trampın Konqres Binasına hücumdakı rolunun onun yenidən seçilmək hüquqlarını məhdudlaşdırdığına dair arqumentləri rədd edib.

Qeyd edək ki, bundan əvvəl Trampın seçkilərdə iştirakına mane olmaq iddiaları ilə bağlı oxşar dinləmələr Kolorado və Minnesota ştatlarında da başlamış, ABŞ-nin keçmiş prezidenti bu məhkəmə proseslərini “seçkilərə müdaxilə” adlandırmışdı.

Trampın Konqres Binasını zəbt etmək cəhdi ilə bağlı məhkəmə 2024-cü il martın 4-nə təyin edilib. Trampın yenidən iştirak etməyi planlaşdırdığı prezident seçkilərinin isə 2024-cü ilin noyabrında keçirilməsi nəzərdə tutulub.

Hazırda ABŞ-də seçicilər arasında Trampın dəstəyinin artdığı bildirilir. Xüsusilə, o, ən mühüm altı ştatdan beşində - Arizona, Corciya, Miçiqan, Nevada və Pensilvaniyada indiki dövlət başçısı Co Baydeni qabaqlayır.

Xatırladaq ki, 2020-ci ilin noyabrında Tramp prezident seçkilərində Co Baydenə uduzdu. Bundan sonra etiraz əlaməti olaraq 2021-ci ilin 6 yanvarında Trampın tərəfdarları ölkədə keçirilən prezident seçkilərinin nəticələrinin təsdiqlənməsinin qarşısını almaq üçün ABŞ-nin Konqres Binasına hücum etdilər. Bina daxilində iğtişaşlar zamanı polis bir etirazçını öldürdü. Bundan başqa, hadisə ilə əlaqəli olmayan başqa ölüm halları da qeydə alındı və Konqres Binası polisinin br əməkdaşı öldürüldü. Bununla bağlı xüsusi işlər üzrə prokuror Cek Smit Trampa qarşı dörd maddə üzrə ittiham irəli sürdü.




Paylaş:


Müəllif : Tarix:
15-11-2023, 10:11
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər